Yuxarı

“Əllərində balta tutub gözləyənlər...”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dostlar, cinayət varsa, cəzası da olmalıdır.

Axar.az xəbər verir ki, bu sözləri Feysbuk səhifəsində deputat Adil Əliyev idmançı qohumu İsa Əzizovun yanacaqdoldurma məntəqəsinin işçilərini döyməsi ilə bağlı yazıb.

Millət vəkili qeyd edib ki, uzaq qohum olaraq bu şəxsin əməllərinə cavabdeh deyilik: "Onun ailəsinin böyüyü həmin şəxsi tənbeh etməlidir. Təəssüf ki, bəzi saytlar məsələnin mahiyyətini kənara qoyaraq sanki əllərinə fürsət düşmüş kimi başlığa İsa Əzizovun bizimlə qohumluq əlaqələrini ön plana çəkirlər. İsa Əzizovun hərəkətində qanunsuzluq təsbit olunarsa, o da hamı kimi qanun qarşısında cavab verəcək. Bunun başqa alternativi yoxdur".

A.Əliyevin sözlərinə görə, bəzi saytlarda adı çəkilən şəxsin Kikboksinq Federasiyasının üzvü olduğu yazılıb: "Bu da kökündən yanlış xəbərdir, İsa Əzizovun yaxından, uzaqdan federasiyamıza aidiyyəti yoxdur, yarışlarımızda iştirak etməyib.

Onun hansı idman növüylə məşğul olması haqda da məlumatım yoxdur. Bir də ki, Kikboksinq Federasiyasının rəhbəri olaraq daima idmançılarımıza onu aşılayıram ki, rinqdən kənarda heç kimə güc nümayiş etdirmək olmaz. Əks halda qanun qarşısında cavab verəcəksiniz. Sağ olsunlar federasiyamızın idmançıları, heç zaman üzümüzü qara etməyiblər, qazandıqları ancaq medallardır ki, bayrağımızı ucaldırlar".

Deputat hər gün ölkədə nə qədər cinayət hadisəsi baş verdiyini vurğulayıb:

"Bu kimi cinayətlər də onlardan biridir. Hər kəs özünə və ailə üzvlərinin hərəkətlərinə cavabdehlik daşıyır.

Düşünürəm ki, ictimaiyyət də bu fikrimlə razılaşar. Biz ailəliklə dövlətimizə bağlı qanunsevər insanlarıq. Bu, həmişə belə olub və olacaq. Əllərində balta tutub gözləyən bəzi həmvətənlərim öz pisliklərindən qalmırlarsa, biz niyə öz yaxşılıqlarımızdan qalmalıyıq?!"

Xatırladaq ki, yanvarın 25-nə keçən gecə "Azpetrol"un Tiflis prospektindəki yanacaqdoldurma məntəqəsində dava olub. İ.Əzizov və onunla birgə olan dostu mühafizəçi Sadiq Bağırov yanacaqdoldurma işçilərini döyüb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində cinayət işi başlayıb. İ.Əzizov və idmançı dostu Mahir İsgəndərov saxlanıblar.

Tarix
2016.01.27 / 17:35
Müəllif
Emil Salamoğlu
Şərhlər
Digər xəbərlər

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla