Yuxarı

Türkiyə ilə Belarus vizasız rejimə keçdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Xarici İşlər naziri Əhməd Davudoğlu, "Conrad" Oteldə Belarus Xarici İşlər naziri Vladimir Makey ilə keçirdiyi mətbuat konfransında həmkarı ilə görüşməsindən məmnunluq ifadə edib. Davudoğlu eyni zamanda bundan sonra hər iki ölkənin vətəndaşlarının vizasız gediş-gəlişini təmin edən razılaşmanın əldə olunmasından razı qaldığını dilə gətirib.

Türkiyədə Belarus Mədəniyyət günlərinin keçiriləcəyini qeyd edən nazir vizasız gediş-gəliş qərarının önümüzdəki günlərdə öz təsdiqinin tam tapacağı bildirib.

Bəs görəsən Azərbaycanla Türkiyə arasında uzun zamandan bəri öz həllini tapmayan vizasız gediş-gəliş nə vaxt baş tutacaq?

Bu sualla Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Elman Abdullayevə müraciət etdik. Nazirliyin rəsmisi bildirdi ki, hazırda bu mövzuda geniş araşdırmalar aparılır. Bu cür məsələlərin nə vaxt yekunlaşacağı isə hələ məlum deyil: "Bu məsələlər texnikidir. Buna görə də biz hazırda mütəxəssislərlə danışıqlar aparırıq. Hər iki ölkə vizasız gediş-gəlişin tərəfdarıdır. Amma bunun nə vaxt hazır olacağı haqqında dəqiq məlumat yoxdur".

Tarix
2013.11.02 / 08:50
Müəllif
Fatimə İbrahimova
Şərhlər
Digər xəbərlər

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla