Yuxarı

Yaradıcılıq Fondundan Mövludla bağlı unikal – Aksiya

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Yaradıcılıq Fondu mərhum yazıçı Mövlud Mövludla bağlı unikal təşəbbüsə qərar verib.

Yaradıcılıq Fondunun təşkilat şöbəsinin müdiri Fuad Cəfərovun Kult.az-a verdiyi məlumata görə, Fond “KapitalBank”da Mövlud Mövludun oğlu Ucalın adına hesab açacaq:

“Mövlud Mövludun ilk kitabının nəşri və təqdimatı barədə məlumat yayıldıqdan sonra Yaradıcılıq Fonduna çoxsaylı müraciətlər edildi. Bu gün Fond rəhbərliyi müzakirələrdən sonra bu qərara gəldi ki, Mövludun yeganə yadigarı Ucalın adına bankda hesab açılsın. Hesaba ilk vəsait kimi də Mövlud Mövludun kitabının satışından əldə edilən gəlir yatırılacaq. Açıq hesab olacaq və Mövludun xatirəsini əziz tutan dostları, ədəbi cameə istədiyi vaxt bu hesaba vəsait köçürə biləcəklər. Hesabdan vəsaiti isə yalnız Ucal özü, 18 yaşı tamam olduqdan sonra çəkə biləcək”.

F.Cəfərovun sözlərinə görə, bu təşəbbüsün səbəbi Ucalın yetkinlik yaşı çatanda təhsilinə və digər maddi qayğılarına dəstək olmaqdır:

“Zaman bir çox ağrıları unutdurur, Mövludu dəyərləndirənlər də həmin vaxt ümumiyyətlə harda və necə olacaqlarını bilmədiklərini deyirlər. Buna görə müraciətləri dəyərləndirib, belə bir qərar verdik”.

F.Cəfərov hesaba nəzarət edəcəklərini və lazım gələrsə, dövri olaraq hesabat yayacaqlarını da qeyd edib.

Xatırladaq ki, Azərbaycan Yaradıcılıq Fondu Mövlud Mövludun ilk hekayələr kitabı “Çətirsiz”I dərc edib. Kitabın təqdimatı mayın 27-də, saat 12:00-dan 14:00-a qədər M.F.Axundov adına Milli Kitabxananın Açıq Kitabxanasında keçiriləcək.

Mövlud Mövlud bu il martın 16-da 28 yaşında faciəli şəkildə dünyasını dəyişib.

Tarix
2017.05.25 / 11:55
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla