Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
17 Avqust 2017


İlham Əliyev Fidan Qasımovanı təltif etdi - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

11:58

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 16-da Xalq artisti Fidan Qasımovanı qəbul edib.

Axar.az xəbər verir ki, dövlət başçısı Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xüsusi xidmətlərinə görə Fidan Qasımovanı “İstiqlal” ordeni ilə təltif edib.

Görüşdə çıxış edən Prezident İlham Əliyev F.Qasımovanı qarşıdan gələn yubileyi münasibətilə ürəkdən təbrik edib, ona cansağlığı, yeni uğurlar arzulayıb: "Siz uzun illər öz sənətinizlə Azərbaycan xalqını sevindirmisiniz. Azərbaycan xalqı sizin fəaliyyətinizə yüksək qiymət verir, sizi sevir. Siz xalqımızı müxtəlif ölkələrin səhnələrində ləyaqətlə təmsil etmisiniz və bu gün də təmsil edirsiniz.

Sizin fəaliyyətiniz həm sovet dövründə, həm də müstəqillik dövründə yüksək qiymətləndirilmişdir. Siz hələ sovet dövründə Azərbaycan Respublikasının Xalq Artisti, SSRİ Xalq Artisti adlarına layiq görülmüsünüz. Bu, sizin istedadınıza verilən yüksək qiymət idi.

Siz yaxşı bilirsiniz ki, ulu öndər Heydər Əliyev sizə və Xuraman xanıma həmişə böyük diqqət və qayğı ilə yanaşırdı, sizi çox sevirdi, sizin fəaliyyətinizlə maraqlanırdı. Mən də öz növbəmdə çalışıram ki, sizə lazımi qayğı və diqqəti göstərim. Azərbaycan dövləti, müstəqil Azərbaycan sizin fəaliyyətinizi çox yüksək qiymətləndirib. 1997-ci ildə Ulu Öndərin Sərəncamı ilə siz “Şöhrət” ordeni ilə təltif olunmusunuz. 2010-cu ildə isə mənim Sərəncamımla “Şərəf” ordeni ilə təltif edilmisiniz. Siz bir çox beynəlxalq mükafatlara da layiq görülmüsünüz. Bu gün mənim Sərəncamımla Siz Azərbaycan dövlətinin ən yüksək ordenlərindən biri olan “İstiqlal” ordeni ilə təltif olunursunuz. Bu, yüksək mükafatdır, siz buna layiqsiniz. Sizə yeni uğurlar arzulayıram".

Dövlət başçısı “İstiqlal” ordenini Fidan Qasımovaya təqdim edib.

Xalq Artisti Fidan Qasımova Prezident İlham Əliyevə minnətdarlığını bildirib: "Çox sağ olun, cənab Prezident, Sizə minnətdaram.

Cənab Prezident, heç vaxt yadımdan çıxmır, birinci ordenlə məni Sizin atanız, Ulu Öndərimiz, unudulmaz Heydər Əliyev təltif etmişdi. Bu gün isə mənim sənətimi Siz yüksək qiymətləndirirsiniz. Məni belə yüksək mükafata layiq gördüyünüz üçün Sizə böyük minnətdarlığımı bildirmək istəyirəm. Sizin bütün ailənizə təşəkkürümü bildirmək istəyirəm. Bizim Birinci vitse-prezidentimiz, Mehriban xanıma minnətdarlığımı bildirirəm. O da bizə qarşı həmişə çox diqqətli olub.

Biz Xuraman xanımla xaricdən - Florensiyadan təzə gəlmişik. Orada italiyalı tələbələrə ustad dərsləri keçirdik. Onlar bizim ölkəmizlə bağlı çox şey eşidiblər və Azərbaycanı yaxşı tanıyırlar. Azərbaycanı Avropada, bütün dünyada tanıyırlar. Bu, Sizin sayənizdə olub.

Biz də öz sadə sənətimizlə Azərbaycanı tanıtdırırıq. Amma Siz bu istiqamətdə daha böyük işlər görürsünüz. Buna görə mən Sizə bir daha minnətdaram. Xuraman da mənim sözlərimə qatıla bilər. Çünki o, şahid idi ki, İtaliyada rektor və prorektor Azərbaycan haqqında necə xoş sözlər söyləyirdilər. Bir-iki ay bundan əvvəl vokal müəllimi Leonardo Belisi Azərbaycana gəlmişdi. O, bizim Bakı şəhərini gördü, onun gözəlliyinə valeh oldu. O, Sizin haqqınızda burada eşitdiklərini İtaliyada, Florensiyada bizə həvəslə danışırdı. Bu, bizi çox sevindirirdi. Bu uğurlara görə Sizə bir daha səmimi qəlbdən minnətdarlığımı bildirirəm".

Tarix
2017.06.16 / 15:58
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Ukraynada Leninin 1320 heykəli sökülüb

Komediya ustası azadlığa buraxıldı

Xurşidbanu Natəvanın 185 illiyinə sərgi həsr edildi

Məşhur rusiyalı aktrisa öldü

Nadir arxeoloji tapıntılar oğurlandı

Su borusu partladı, Novxanı yolu çökdü

Faytonçu Nazim xəstəliyindən danışdı

Bəxtiyar Vahabzadə 92 yaşında... - Video

Türk sözləri yad sayılır – Millət vəkili

Di Kaprio dövlət başçılarına çağırış etdi

KULT
Xəbər xətti
 
SORĞU
Harada dincəlmək istəyərdiniz?
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla