Yuxarı

Cəlilabaddakı yanğın söndürüldü - Foto/Yeniləndi

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

19:00

Cəlilabadda bazarda yanğın baş verib.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə Cəlilabad rayonunda, "İran bazarı" kimi tanınan ərazidə qeydə alınıb. Cehiz əşyaları satılan hissədə qeydə alınan yanğın artıq 4 mağazanı əhatə edib.

Hadisə yerinə yanğınsöndürən texnika və canlı qüvvə cəlb olunub.

Küləkli hava yanğının söndürülməsinə mane olur.

Yanğının başvermə səbəbləri hələlik məlum məlum deyil.

19:56

Cəlilabadda baş verən yanğının əhatə dairəsi genişlənib.

Əraziyə Cəlilabadla yanaşı qonşu Masallı və Biləsuvar rayonlarının yanğından mühafizə hissəsinin yanğınsöndürənləri cəlb edilib.

Artıq 10 mağaza yanaraq sıradan çıxıb. Yanğın zamanı bir nəfərin xəsarət aldığı deyilir.

21:42

Cəlilabadda bazarda baş verən yanğın söndürülüb.

Axar.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən xəbər verir ki, Cəlilabad şəhərində ümumi sahəsi 4600 m2 olan “Cəlilabad” ticarət mərkəzinin dam örtüyünün yanar konstruksiyaları 120 m2 sahədə, içərisində olan müxtəlif mağazalar və əşyalar 400 m2 sahədə yanıb.

Ticarət mərkəzinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Tarix
2017.06.21 / 21:42
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevlə Şoltsun Berlində geniş tərkibdə görüşü başladı

Əliyevlə Şoltsun təkbətək görüşü oldu

Ermənistan Azərbaycanın beşdə birini işğal etdikdən sonra...

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna nail oldular - Rus general

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla