Yuxarı

Binəqədidə qəza törədib qaçan sürücü tapıldı

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Binəqədi rayonunun polis və prokurorluq orqanları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib.

Bakı Şəhər Baş Polis İdarəsi və Şəhər Prokurorluğunun Axar.az-a daxil olan birgə məlumatında bildirilir ki, iyulun 26-da paytaxtın Binəqədi rayonu ərazisində Həsənov Ceyhun Cavanşir oğlunun idarə etdiyi “İnfiniti” markalı, 99-KZ-211 dövlət qeydiyyat nişanlı avtomobillə yolu keçmək istəyən piyadalar Ramilə İsgəndərova, Rəna Tağıyeva və Məlahət Qasımovanı vuraraq onlara bədən xəsarətləri yetirməsi, daha sonra yolun kənarında dayanmış Gülcahan Poladovaya məxsus “Baic Mini” markalı, 90-TE-729 dövlət qeydiyyat nişanlı avtomobili zədələməklə hadisə yerindən qaçması faktına görə rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.1-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində C.Həsənov avqustun 7-də tutularaq istintaqa cəlb edilib.

C.Həsənov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Tarix
2017.08.08 / 18:35
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla