Yuxarı

Dahi bəstəkar haqqında film: “Sənsiz günəş yoxdur”

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqustun 12-də Rusiyanın Birinci kanalında dünya şöhrətli müğənni və bəstəkar Müslüm Maqomayevin anadan olmasının 75 illiyinə həsr edilən “Net solntsa bez tebya” (“Sənsiz günəş yoxdur”) adlı sənədli filmin premyerası olub.

Kult.az xəbər verir ki, “Media Konstruktor” şirkətinin istehsal etdiyi filmin rejissoru Aleksandr Tyapovdur.

Filmdə Müslüm Maqomayevin həyat yoldaşı, SSRİ Xalq Artisti Tamara Sinyavskaya, qızı Marina Kozlovskaya, dostları – müğənnilər Robertino Loretti, Vladimir Vinokur, rejissor Oqtay Mirqasımov, həmçinin müğənni və bəstəkar EMİN, Xalq Rəssamı Tahir Salahov, bəstəkar, Xalq Artisti Aleksandra Paxmutova, şair Nikolay Dobronravov, rejissor Eldar Quliyev və başqalarının onun haqqında xatirələri yer alıb.

Qeyd olunub ki, Müslüm Maqomayev Rusiyanı da Azərbaycan kimi eyni dərəcədə sevib. Onun ifasını İtaliyada alqışlarla qarsalayıblar. Müslüm Maqomayev Neopolitan mahnıları çox yüksək səviyyədə təqdim edib. O, sovet dövründə dövlət tədbirlərində çıxış etsə də, heç vaxt komsomol və partiya barədə mahnı oxumayıb. “Bremen musiqiçiləri” cizgi filmindəki ifasına görə isə qonorar almaqdan imtina edərək deyib: “Qonorarı işə görə alırlar, mən şənləndim və özüm sizə pul ödəmək istəyirəm”.

Vurğulanıb ki, Müslüm Maqomayevin ifaçılıq sənətini Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev yüksək qiymətləndirib.

Sənədli filmdə Müslüm Maqomayevin ifa etdiyi mahnıların lent yazıları da yer alıb.

Tarix
2017.08.12 / 19:21
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla