Yuxarı

Nobelçi yazar Bakıda məmurları necə aldatdı - Axar TV

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

11:13

Nobel mükafatı laureatı norveçli yazıçı Knut Hamsun yaratdığı əsərlərə görə təkcə ötən əsrin deyil, bütün zamanların ən yaxşı yazıçılarından hesab olunur.

Onun “Aclıq”, “Torpağın bərəkəti”, “Pan” kimi əsərləri dünya ədəbiyyatının incilərindədir. Daim axtarışda olan, dünyanın müxtəlif ölkələrini gəzən yazıçının yolu ölkəmizdən də keçib. O, XIX əsrin sonlarında həyat yoldaşı ilə birlikdə Bakıya gəlib.

Hamsunun gözüylə baxsaq, o dövrün Bakısı nəhəng toz dumanına bələnmiş, ağ-boz balaca şəhər idi. Onun müşahidələrinə görə, küçələr, evlər kerosin qoxur və kerosinli toz dumanına vərdiş olana qədər öskürək əl çəkmir:

“Səhər saat 7-nin yarısıdır. Bakı nəhəng toz dumanına bürünüb. Burada hər şey ya ağ, ya bozdur. Əhəng tozu insanlara, heyvanlara, evlərə, pəncərələrə, parkdakı ağaclara, kollara hopub. Hər yer adama qəribə gəlir, çünki ağdır. Mehmanxanadakı stolun üstündə hərflər yazıram, bir az sonra tozlu külək hücum edir və hərfləri silib-süpürür...”

Knut Hamsun xatirələrində mədəni yoxsul iranlı faytonçuların atlara qarşı rəhmsiz rəftarını, şəhərdəki rəngsizliyi təsvir edir:

“Nobel müxtəlif boyaqlar axtarıb tapır, ancaq bu şəhəri boyamağa heç onun da imkanı çatmaz. Lənətlənmiş Bakı o qədər ağdır ki, lap adam ağlın itirər... Biz Qara şəhərə, kerosin şirkətlərinin iqamətgahına getməliydik. Bizi ora iranlı aparır; şəhərdə əksər faytonçular iranlıdır, onlar faytonu əsl şeytan kimi sürürlər, bir kəlmə kəsməyə imkan da yoxdur, bir xristianın “atlara rəhm edin” mənasında verdiyi işarələri başa düşmək istəmirlər. Ancaq bir şey qalır: sakit oturmaq və ekipajdan çıxmaq. Yarıyolda Nobelin evini soruşduq - bu, ona oxşayır ki, Xristianiyada kral sarayının harada olduğunu soruşasan”.

Hamsunun fikrincə, Bakı iqtisadi baxımdan əlverişli yerdədir. O qeyd edir:

“Bakıda 125 minə yaxın əhali var, bura Xəzər dənizinin sahilində yerləşən ən mühüm ticarət şəhəridir. Qarışıq müasir həyat və anbarların qabağında uzanmış çoxsaylı dəvələr qəribə təəssürat doğurur”.

Hamsunun həyat yoldaşı Berqlot isə rəfiqəsinə yazırdı: “Biz indi Avropanın ən şərqində, Xəzər dənizinin sahilində yerləşən şəhərdəyik. Burada kerosin və neft fontan vurur…”

Bakının iki sivilizasiyanın qovşağında yerləşməsini vurğulayan Hamsun yazır:

“Bütün insanlar az-çox qeyri-adi görünən paltarlar geyinirlər; şəhər o qədər iranlıdır ki, artıq Avropa şəhəri olmaqdan çıxıb, lakin şəhər o dərəcədə avropalı qalıb ki, hələ iranlı olmayıb”.

Hamsun Bakıyla bağlı xatirələrində İçərişəhərə daha çox yer ayırıb. Yazıçının müşahidələrinə əsasən məlum olur ki, o vaxt Şirvanşahlar sarayı hərbi anbar kimi istifadə olunub.

“Köhnə Bakının mərkəzində yerləşən qalanın divarları fars-bizans üslubunda ucaldılıb. Divarlar xanın sarayını və iki məscidi dövrələyib. Hazırda saray hərbi anbara çevrilib və içəri daxil olmaq üçün komendantın icazəsi zəruridir. İcazə üçün isə komendanta öz vizit vərəqimi göstərməliyəm, o isə məndə yoxdur. Vladiqafqazdakı kimi, burada da dostum Ventselin vərəqindən yararlanmağa cəhd edirəm. Növbətçiyə üzərində “Fru Mariya Hagelstam” yazılmış kartı uzadıram, o, başını yırğalayır və pasportumu istəyir. Ürəyimdə “Tanrı, kömək et” söyləyib pasportumu uzadıram. Növbətçi hər iki sənədə baxır, adları müqayisə edir və ona elə gəlir ki, hərflər uyğundur. Sonra qapını döyəcləyir və sənədləri komendanta aparır. Bu saxtarakarlığın baş tutacağına elə də ümid bəsləmirdim. Növbətçi qayıdır, pasportumu qaytarır və gənc bələdçini mənə qoşur. Xilas oldum. Mən bələdçiylə gedirəm, arxamızca tüfəngli kazak gəlir.

Bələdçi deyir ki, Bakının son xanının 50 arvadı olub və ruslar 1806-cı ildə Bakını fəth edən zaman hamısını götürüb qaçıb. Burada 2 məscid var və biz gözləyirdik ki, hansısa molla minarədən azan verəcək, ancaq saat 12-dən keçsə də, molla gəlib çıxmadı. Bu barədə bələdçidən soruşanda, o, dərhal məscidin yaxınlığındakı əmmaməli qocaların üstünə qışqırdı, məlum oldu ki, molla xəstələnib”.

Yazıçı qeyd edir ki, dəhşətli isti onlara Qız Qalasına qalxmağa imkan verməyib.

“Biz Qız Qalasına da getmək istəyirdik, ancaq isti o qədər boğucuydu ki, bu niyyətimizdən daşındıq və parka yollandıq. Günəşdən bütün bitkilər yanmışdı, tozla örtülmüşdü. Mənzərə ağır təəssürat yaratdı. Vur-tut bir neçə xırda akasiya, badam və əncir ağacına rast gəldim”.

Vladiqafqazda, daha sonra isə Tiflisdə olan yazıçını Bakı təəccübləndirsə də, təəssüflə qeyd edir ki, Amerika öz maşınlarının səs-küyü ilə bu şəhərə də müdaxilə edib.

Yazıçı neft buruqlarında proqress deyil, ətraf mühiti məhv edən çirk və şər görürdü.

Knut Hamsun beşillik səyahətdən sonra Bakı səfərini, müşahidələrini əks etdirən oçerk yazır və 1903-cü ildə “Nağıllar ölkəsində” adıyla nəşr etdirir.

Tarix
2017.10.24 / 13:56
Müəllif
Ömər, Ülkər
Şərhlər
Digər xəbərlər

Son görüşdə hər ikiniz məni buna əmin etdiniz - Şolts

Əliyev və Şolts mətbuat konfransı keçirirlər

Əliyevlə Şoltsun Berlində geniş tərkibdə görüşü başa çatdı

İranlı mollalar özlərini ifşa etdi, Əliyevi təsdiqlədilər!

Əliyevlə Şoltsun təkbətək görüşü oldu

Ermənistan Azərbaycanın beşdə birini işğal etdikdən sonra...

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

COP29 bizə imkan verəcək ki... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla