Yuxarı

Nobel mükafatını alanlar bəlli oldu - Yeniləndi

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

19:10

Dekabrın 10-da Norveç və İsveçin paytaxtlarında Nobel mükafatının təqdimetmə mərasimləri keçirilib.

Kult.az xəbər verir ki, Stokholm və Oslo şəhərlərində keçirilən mərasimlər həmişəki kimi, 1896-cı il dekabrın 10-da vəfat edən Alfred Nobelin anım günündə baş tutub. Məhz Alfred Nobelin vəsiyyətinə uyğun olaraq hər il Nobel Sülh Mükafatından başqa bütün mükafatlar Stokholmda təqdim edilir. Nobel Sülh mükafatı isə həmin gün Norveçin paytaxtı Osloda laureata təqdim olunur.

2017-cı il Nobel Sülh Mükafatı Oslo Şəhər Ratuşasında “Nüvə silahlarını ləğv etmək üçün beynəlxalq kampaniya” (İCAN) təşkilatına təqdim olunub. Norveçin Kralı V Haraldın iştirakı ilə keçirilən təntənəli mərasimdə Kral ailəsi, ölkənin Baş naziri, hökumətin və Ali Məhkəmənin üzvləri də iştirak ediblər.

Tədbirdə çıxış edən Norveç Nobel Komitəsinin təmsilçisi Berit Reiss-Andersen, tarixə nəzər salaraq, nüvə silahının insanlığa yaratdığı təhlükə barəsində söz açıb. O xatırladıb ki, Nüvə silahının yayılmaması haqqında müqavilənin (NSYM) olmasına baxmayaraq bu növ silahdan istifadə təhlükəsi hələ də mövcuddur. Berit Reiss-Andersen deyib ki, “İCAN” bu mükafata nüvə silahının qadağan olunması ilə bağlı həyata keçirdiyi addımlarına görə layiq görülüb.

“Nüvə silahlarını ləğv etmək üçün beynəlxalq kampaniya”nın İcraçı direktoru Beatrice Fihn Norveç Nobel Komitəsinə təşkilatın işini tanıdığına və dəstək olduğuna görə minnətdarlığını bildirib. Nüvə silahlarının bu gün insanlığa böyük təhlükə yaratdığını vurğulayan Beatrice Fihn deyib ki, “nüvə silahları ilə bağlı “hekayə” bir gün sona çatacaq və bu sonun nə olacağı insanlardan asılıdır”. O, bir daha dünya ölkələrinə səslənərək nüvə silahından istifadənin tam qadağan olunmasına çağırıb.

Sonda, 1945-ci ildə Xirosima şəhərində nüvə bombardmanını yaşamış “İCAN” təşkilatının fəalı Setsuko Thurlov çıxış edərək, öz həyatından və nüvə silahının faciəvi nəticələrindən söz açıb.

***

Stokholmda Nobel mükafatı laureatları təltif edilib.

Fizika sahəsində builki Nobel Mükafatı LIGO detektorunun inkişafına verdiyi həlledici töhfələrinə və qravitasiya dalğalarının müşahidəsinə görə üç amerikalı alimə - Rainer Vaisə, Bərri Bərişə və Kip Törneyə verilib.

Kimya üzrə Nobel Mükafatına müvafiq olaraq, məhlulda biomolekulların yüksək həlletmə qabiliyyətli strukturunun müəyyənləşdirilməsi üçün kryo-elektron mikroskopiya texnologiyalarını inkişaf etdirmələrinə görə - alman əsilli amerikan Yoakim Frank, isveçrəli Jak Duboşey və britaniyalı Riçard Handerson layiq görülüblər.

Fiziologiya və təbabət sahəsi üzrə Nobel Mükafatları amerikalı Ceffri C Hall, Maykl Rosbaş və Maykl Yanga təqdim edilib. Onlar bu mükafatı “hüceyrə saatı” adı verilən və orqanizmin sirkad ritmlərini nizamlayan molekulyar mexanizmlərin tədqiq olunmasına görə alıblar.

Ədəbiyyat sahəsində Nobel Mükafatına isə yapon əsilli britaniyalı yazıçısı Kadzuo İşiquro layiq görülüb.

İqtisadiyyat üzrə Nobel mükafatı “davranış iqtisadiyyatı” sahəsində tədqiqatlarına görə Amerikanın Çikaqo Universitetinin alimi Riçard H. Thalerə verilib.

Üzərində Nobelin təsvir edildiyi qızıl medal, diplom və məbləği 9 milyon İsveç kronu (təqribən 1,06 milyon dollar) təşkil edən pul mükafatı laureatlara Kralı ХVI Karl Qustav tərəfindən təqdim olunub. Mükafatlandırma mərasimində bütün laureatlara çıxış etmək imkanı da verilib.

Sonda Nobel Mükafatı laureatları və qonaqlar üçün rəsmi ziyafət verilib.

Tarix
2017.12.10 / 21:46
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla