Yuxarı

Bakı-Qazax yolunda 150 ilə "uçan" avtobus - Video

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kadrlar Bakı-Qazax magistralında izləyicillərdən biri tərəfindən çəkilib. Bakı avtovağzalından çıxan və içərisi sərnişinlə dolu avtobus 150 km/saat sürətlə hərəkət edir.

Axar.az xəbər verir ki, həmin ərazidə sürət həddinin 110 km/saat olmasına rəğmən, avtobus sürücüsünün bu hərəkəti ciddi qanun pozuntusu olmaqla yanaşı, sərnişinlərin həyatını da təhlükəyə atır.

Yol hərəkəti üzrə ekspert Azər Allahverənov Xəzər Xəbər-ə deyib ki, həmin avtobusun sürcüsü qaydaları kobud şəkildə pozub. Qaydalara görə, yoldakı maksimum surətin nə qədər olmasından asılı olmayaraq, avtobuslar 90 km/saatdan yuxarı sürətlə idarə oluna bilməz.

İnzibati Xətalar Məcəlləsinə görə, qaydaları bu şəkildə pozan sürücülər 250 manat və 4 bal ilə cərimələnməlidirlər. Ekspert qeyd edib ki, bu kimi halların qarşısını almaq üçün mütləq sərnişin avtobuslarına müəyyən üsullarla nəzarət gücləndirilməlidir. Əks halda sərnişin avtobusların iştirakı ilə baş verən qəzaların və bu kimi qayda pozuntularının sayı arta bilər.

Tarix
2017.12.25 / 00:13
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla