Yuxarı

Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada tədbir - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskvada Heydər Əliyev Fondununun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) sədri Leyla Əliyevanın təşəbbüsü ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilmiş tədbir keçirilib.

APA-nın məlumatına görə, tədbirdə Rusiya və Azərbaycanın gənclər birliklərinin, Rusiyadakı Azərbaycan səfirliyinin və diasporun nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən AMOR-un idarə heyətinin üzvü Emin Hacıyev birliyin sədri Leyla Əliyeva adından qonaqları qarşıdan gələn bayramlar münasibətilə təbrik edərək, təşkilatın 2017-ci ildəki fəaliyyəti barədə məlumat verib. O, AMOR-un üzvlərinin sayının ilbəil artdığını söyləyib:" Təşkilatımız Rusiyada fəaliyyət göstərən digər ictimai birliklər və ali təhsil müəssisələri ilə uğurla əməkdaşlığını davam etdirir". Emin Hacıyev Rusiyada yaşayan və təhsil alan azərbaycanlı gənclər adından dekabrın 24-də doğum günün qeyd edən Azərbaycan prezidenti İlham Əliyevi təbrik edib.

Rusiyadakı Azərbaycan icması adından çıxış edən akademik Fazil Qurbanov Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi təşkilatın Rusiyada yaşayan və təhsil alan gənclərin birləşməsində, elm, təhsil, yaradıcılıq sahələrində, habelə ictimai təşəbbüslərin reallaşdırılmasında xidmətlərinin əvəzsiz olduğunu söyləyib. İki ölkə arasında münasibətlərin inkişafından danışan akademik bildirib ki, azərbaycanlı gənclərin Rusiya ictimaiyyətinə inteqrasiya etməsi önəmlidir: "AMOR-un bu sahədə gördüyü iş təqdirəlayiqdir".

Daha sonra çıxış edən Lomonosov adına Moskva Dövlət Universitetinin Botanika bağının direktoru Aleksey Reteyum Azərbaycanın son illərdə qazandığı uğurlardan söz açıb. O, Rusiya ilə Azərbaycan arasında dostluq və əməkdaşlığa böyük töhfələr verən AMOR-un fəaliyyətini yüksək qiymətləndirib. Tədbir çərçivəsində Azərbaycanın Diasporla iş üzrə Dövlət Komitəsi tərəfindən AMOR-un fəaliyyətində seçilən bir qrup gənc mükafatlandırılıb. AMOR üzvləri Əfsanə Carçıyeva və İlahə Ələkbərova Diaspor iş üzrə Dövlət Komitəsinin diplomlarına layiq görülüblər.

Rəsmi hissədən sonra Rusiyada fəaliyyət göstərən "Qarabağ" ansamblı və digər incəsənət nümayəndələrinin ifasında milli musiqi və rəqslərdən ibarət konsert proqramı nümayiş olunub.

Tarix
2017.12.25 / 09:11
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Əliyevin Ştaynmayerlə təkbətək görüşü başladı

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla