Yuxarı

Bu idarəyə aparat rəhbəri təyin olundu

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparat rəhbəri vəzifəsinə təyinat olub.

Qurumdan Kult.az-a verilən məlumata görə, bu barədə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov müvafiq əmr imzalayıb.

Bu vəzifəyə 2013-cü ildən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Hüquq və beynəlxalq əlaqələr şöbəsinin rəhbəri olan Read Azər oğlu Qasımov təyin edilib.

Qeyd edək ki R.Qasımov 1998-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə ilə bitirib. Əmək faəliyyətini 1997-1999-cu illərdə beynəlxalq şirkətlərdə başlayıb, 1999-cu ilin sonunda dövlət qulluğuna qəbul edilərək Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində Qiymətli kağız sahiblərinin hüquqlarının müdafiəsi şöbəsinin rəisi, 2003-cü ildən etibarən isə Komitənin Hüquq departamentinin direktoru vəzifəsində davam etdirib. Daha sonra 2006-ci ilin yanvar ayında Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin Hüquq şöbəsinin müdiri, 2006-cı ilin oktyabr ayından isə Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktorunun müavini təyin edilib. 2009-2010-cu illərdə “Küveyt-Azərbaycan İnvestisiya Şirkətinin” baş direktoru, 2010-2013-cü illərdə “Turkapital Holding” şirkətinin Azərbaycanda nümayəndəliyinin direktoru vəzifələrində çalışıb.

Dövlət qulluğunun müşaviri dərəcəsinə malikdir. Evlidir, iki övladı var.

Tarix
2018.01.09 / 17:51
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla