Yuxarı

Cəlilabadda nadir tapıntı: İnsan sümükləri, qablar...

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəlilabad rayonunun Xanəgah kənd sakini İlham Paşayevin həyətyanı sahəsində orta əsrlərə aid yeni maddi mədəniyyət nümunələri aşkar olunub.

Kult.az xəbər verir ki, güclü yağışlar İ.Paşayevin həyətindəki torpağın bir hissəsini yuyub apardığından ərazidə qismən görünən insan sümükləri ev sahibinin diqqətini cəlb edib. Həmin ərazidə qazıntı zamanı insan sümüklərinin qalıqları və məişət əşyaları üzə çıxıb.

Əraziyə baxış keçirən tarixçilərin sözlərinə görə, yeni maddi mədəniyyət nümunələri orta əsrlərə qədər qorunmuş Zərdüşt dini inancının nadir tapıntılarındandır. Məzarlıqda olanlar da məhz bu dinin qanunları çərçivəsində dəfn olunublar. Kəllə sümüklərinin forma və ölçülərindən isə dəfn olunanların qadın, kişi və uşaq olmaları müəyyən edilib.

Məzarların yanında tapılan məişət əşyaları arasında boyalı qabların olması orta əsrlərdə sözügedən ərazidə sənətkarlığın inkişaf etməsini deməyə əsas verir.

Tarixçi Rza Rzayevin sözlərinə görə, yeni tapıntıların araşdırılması Azərbaycanda orta əsr mədəniyyəti ilə bağlı maraqlı məlumatları üzə çıxara bilər.

Tarix
2018.01.09 / 18:32
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla