Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
21 Oktyabr 2018


Aparıcıdan xəstə atası haqda şok: Bizi atıb gedəndə...

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kimlər bilir nələr çəkdim?! Bilmədən yarğılamaq sizə çox asandır. Qarşınızda həmişə dik durdum deyə heç qırılmadımmı sandınız? Özümü anladacaq kəlmələrim olmayınca susaram mən... içdən, bir sükutla sadəcə susaram...

Kult.az xəbər verir ki, bu sözləri tanınmış aparıcı Vüsalə Kərimova xəstəxanaya yerləşdirilən atası, əməkdar artist Vaqif Kərimov haqda İnstaqram səhifəsində yazıb. Aparıcı atasına görə onu qınayanlara sərt cavab verib:

“İllərlə susdum! Amma bu dəfə məni hayqırmağa məcbur etdiniz! Ağzıgöyçəklər, sizədir sözüm! 40 il atasız böyüyəndə, ata nədir bilməyəndə, ata nəvazişi görməyəndə, ata çörəyi yeməyəndə heç demədiniz niyə belə? İndi Vaqif Kərimovun xəstələnməyi sizdə hislər oyadıb? Amma deyim biləsiniz, o hisslər məndə heç olmadı ki, bu gün də ölsün! Yadımdadır, uşaq vaxtı kimsə xətrimə dəyəndə, babam görməsin deyə evimizin arxasındakı bağçada ağacları qucaqlayıb, zülüm-zülüm ağlayırdım, ata deyib qışqırırdım... Elə bilirdim, gəlsə, heç dərdim olmayacaq. Halbuki babam məni əl üstə saxlayıb. Çünki mən ana babamın evində dünyaya gəlmişəm. Amma içimdə bu yaşıma qədər bir boşluq var, heç vaxt dolmayacaq. Siz ata çiyni nədir bilirsiniz? Amma mən bilmirəm, çünki ora heç vaxt başımı qoymadım!

Mən “ata” deyib göz yaşı tökəndə sizin bu gün məni çarmıxa çəkdiyiniz insan “cükküldəşdiyi” aktrisa yoldaşından dünyaya gələn, məndən doqquz ay kiçik qızına və arvadının birinci ərindən olan uşaqlarına atalıq edirdi!

Mən günahkar idim ki, onun vasitəsilə dünyaya gəlmişəm? Nə haqqınız var məni günahlandırmağa? Nə haqqınız var adını adıma bağlamağa? Mənim oğlum 17 yaşına gəldi, amma Vaqif Kərimovun onun babası olduğunu bilmədi. Sayənizdə artıq biləcək! Oğlum mənə deyəndə ki, ana şəxsiyyət vəsiqəndə atanın adı səhv yazılıb, başını qatdım, cavabdan qaçdım. Çünki deyə bilmədim ki, atam məni atdı, atam məni istəmədi, istənilmədən dünyaya gəldim... Bunu deməyə özümü hazır bilmədim heç vaxt, oğluma travma verə bilmədim... Amma siz nə etdiniz? Xəbərləriniz reytinq versin deyə, başqasının həyatını manşet etdiniz! Məni günahlandırdınız! Edin! Artıq nə istəsəniz, edin! Halbuki Allah bilir nə çəkdiyimi! Allah ürəyimdən su içirtsin məni qınayanlara! Allah yaşadığımı yaşatsın məni günahlandıranlara!

Allah gözündə kədər qoysun bir ömür boyu məni qınayanların... O zaman məni anlayarsınız... İndi siz cavab verin, atam gəlib atasızlığımı atasız günlərimdən qova bilərmi?

P.S. Bu mövzu ilə bağlı heç kim məni rahatsız etməsin!”

Qeyd edək ki, İrəvan Dövlət Dram Teatrının aktyoru Vaqif Kərimovun Vüsalənin atası olması və xəstəxanaya yerləşdirilməsi ilə bağlı xəbərlər yayılıb.

Tarix
2018.02.13 / 12:08
Müəllif
Aytac Araz
Şərhlər
Загрузка...
Digər xəbərlər

Xiyabaninin təhqiramiz vəziyyətdə olan məzarı – Video

Məşhur şoumen əməliyyat olunacaq

Xalq artistləri də ifaçıların dilindən gileyləndi

Dilçilərdən gülməli addım: Onu monitorinqə cəlb etdilər

Bakıda satıcının pulu və qızılları belə oğurlandı - Video

MTN əməliyyatçısı Oqtay Əliyev kimdir?

“Audi Club” müstəqillik gününü belə təbrik etdi - Video

Azadlıq nədir? – Ağaoğlunun cavabı

Cəlilabadda bədbəxt hadisə: ölü və yaralı var

Rus dili mütləq öyrədilməlidir, amma... – Millət vəkili

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla