Yuxarı

Gülyanaq ölən musiqiçidən danışdı: Yasına getmədim

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pircan bəyin intihar etdiyini atamın yas mərasimində eşitmişəm.

Bu sözləri Kult.az-a açıqlamasında xalq artisti Gülyanaq Məmmədova musiqi qrupunun sintezator ifaçısı Pircan Həsənovun vəfatı barədə danışarkən söyləyib.

O, musiqiçinin ölümündən çox təəssüfləndiyini deyib:

“Atam bu yaxınlarda rəhmətə gedib, yaslıyam. Pircanın ölüm xəbərini də yas mərasimində eşitmişəm. 1993-cü ildə tələbə yoldaşım olub. Yaxşı dost, gözəl musiqiçi idi. Hər zaman xətrini çox istəmişəm. Deyib-gülən insan idi, borcunu-xərcini heç vaxt büruzə verməzdi. Burda eşitmişəm ki, intihar edib. Amma təfərrüatını bilmirəm. Sənət yoldaşım, musiqiçim kimi ürəyim ağrıdı. Yasdayam deyə, yasına da gedə bilmədim”.

Qeyd edək ki, xalq artisti Gülyanaq Məmmədovanın musiqi qrupunun sintizator ifaçısı Pircan Həsənov sirkə turşusu içərək özünü zəhərləyib. Hadisə dünən günorta saatlarında 44 yaşlı P.Həsənovun yaşadığı Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsində yerləşən evində baş verib. Ağır vəziyyətdə 1 saylı Şəhər Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Yasamal rayon Prokurorluğundan verilən məlumata görə, faktla bağlı Cinayət Məcələsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Tarix
2018.03.15 / 17:59
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Əliyevin Berbokla görüşü keçirilir

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

Berlində Əliyevə qarşı erməni aksiyası: Muxtarlı da ordadır

Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı olacaq

İlham Əliyev Almaniyada: Fotolar nələr “danışır”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla