Yuxarı

Aprel qəhrəmanlarının ailələri ilə görüş - Video

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili Qənirə Paşayeva və “Aprel 2016: Şəhid ailələrinə dəstək” İB Xızı, Xaçmaz və Neftçalada Aprel döyüşlərinin qəhrəman şəhidlərinin ailələrini ziyarət ediblər.

Kult.az xəbər verir ki, Q.Paşayeva Xaçmazda qəhrəman şəhidlərimiz Elvin Mirzəyev və Elvin Qayıbovun, Xızıda Ravil Novruzovun, Neftçalada Elimdar Səfərovun ailəsini ziyarət edən zaman şəhidlərimiz kimi, onların ana-atalarının da ölkə üçün dəyərli olduğunu bildirib.

Prezidentin Aprel zəfəri ilə bağlı fikirlərinə xüsusi diqqət ayıran millət vəkili Q.Paşayeva, böyüyən gənclərimizin qəhrəman şəhidlərimizi daha yaxından tanıması və örnək alması üçün işlərin daha da artacağına inandığını deyib.

“Aprel 2016: Şəhid ailələrinə dəstək” İB həmtəsisçisi, qəhrəman şəhidimiz Raquf Orucovun həyat yoldaşı Sevinc Alızadə, digər həmtəsisçi, tanınmış jurnalist Aida Eyvazlı da yeni yaratdıqları təşkilatın qəhrəman şəhidlərimizin gənclər arasında daha çox təbliğ olunması istiqamətində işlər görəcəyini bildiriblər.

Tarix
2018.04.12 / 16:28
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla