Yuxarı

Akademik aşağıladığı 200 alimi "susdurdu": Kəmsavadlar...

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Akademik aşağıladığı 200 alimi "susdurdu":

Dövlət Dil Komissiyasının üzvü, “Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü”nün redaktoru, akademik Nizami Cəfərovun mətbuatda AMEA Nəsimi adına Dilçilik İnstitutunun Tətbiqi dilçilik şöbəsinin əməkdaşlarını tənqid edən yazısı yayımlanıb.

Kult.az xəbər verir ki, Nizami Cəfərov yazısında İnstitutun, əslində, aşağıladığı peşəkar əməkdaşlarının sözlük təcrübəsini bilmədiklərini deyərək, onlara "dərs" keçib:

“Ən təhlükəli məqam odur ki, AMEA Nəsimi adına Dilçilik İnstitutu Tətbiqi dilçilik şöbəsinin bəzi əməkdaşları “Sözlüy”ün təcrübəsini öyrənmək əvəzinə, müxtəlif mətbuat səhifələrində kəmsavad yazılarla çıxış edib onu (“Sözlüy”ü) gözdən salmağa çalışırlar”.

Akademik Nəsimi adına Dilçilik İnstitutunun lüğətçilərini Tərcümə Mərkəzinin “Sözlüy”ündən nümunə götürməyə dəvət edib:

“Ümid edirik ki, “Sözlük” hazırlanarkən Azərbaycan orfoqrafiya lüğətçiliyinin təcrübəsinə istinad olunduğu kimi, Nəsimi adına Dilçilik İnstitutunun lüğətçiləri də dedi-qodunu bir tərəfə atıb, gələcək işlərində “Sözlüy”ün təcrübəsindən faydalanmağa üstünlük verəcəklər”.

Göründüyü kimi, tanınmış akademik, millət vəkili Nizami Cəfərov illərdir lüğətçiliklə məşğul olan və bu sahə üzrə peşəkarlaşmış professorların, dilçi alimlərin toplandığı qurumu aşağılayır, onların Tərcümə Mərkəzinin, yəni faktiki olaraq başqa sahə üzrə ixtisaslaşmış təşkilatın hazırladığı “Sözlük”dən öyrənməsinin vacibliyini bildirməklə, bu alimləri savadsızlıqda, işini bacarmamaqda suçlayır, təhqir edir.

Bu aşağılanma və təhqirlərə Dilçilik İnstitutunun cavabı nədir?

Təəssüf ki, Kult.az olaraq iki gündür etdiyimiz müraciətə AMEA Nəsimi adına Dilçilik İnstitutundan cavab verilməyib. Öz nüfuzunu, elmi ləyaqətini qorumaq üçün Dilçilik İnstitutunun heç bir təşəbbüs göstərməməsi isə böyük suallar doğurur.

Qeyd edək ki, akademik Nizami Cəfərovun üslubu həddən artıq sərt və qarşı tərəfi aşağılayan tərzdə olmaqla yanaşı, mübahisəlidir və məzmunu daha ciddi elmi polemika üçün böyük fürsət tanıyır. Dilçilik İnstitutunun cavabı və müzakirənin ictimai arenada genişlənməsi, əslində, dilçi alimlərimizin potensialını cəmiyyətə göstərməklə, dillə bağlı araşdırmaların təqdimatı baxımından maraqlı ola, görüləcək işlərin elmi əsaslarının daha mükəmməl olmasına töhfə verə bilərdi.

Tarix
2018.04.19 / 22:52
Müəllif
Kult.az
Oxunub
6 595
Digər xəbərlər

Ukrayna danışıqları Azərbaycanda keçiriləcək? - Kreml

İlham Əliyev Ukraynanın bu şəhərinin fəxri vətəndaşı elan edildi

Azərbaycandan keçməklə Ermənistana taxıl göndərildi

Paşinyan Mustafayevin Ermənistana səfərindən danışdı

Prezident çempion olan güləşçiləri qəbul etdi - Foto

Bakıya qarşı plan ifşa oldu! “Baş naziri yola salmaq...” - Video

Azərbaycanda maaş sistemində mühüm yenilik...

XTQ-nin yaradılmasından 27 il keçir

ADNA terrorundan 17 il ötür

Ramiz Mehdiyevin 1995-ci ildəki çıxışı yayıldı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla