Yuxarı

Şahzadə bütün titullarından imtina etdi - Səbəb

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şahzadə bütün titullarından imtina etdi - Səbəb

Böyük Britaniya kral ailəsinin üzvü, şahzadə Endryu York hersoqu da daxil olmaqla, ona verilmiş bütün titullarından imtina etdiyini bəyan edib.

Axar.az xəbər verir ki, bununla belə, o, mərhum kraliça II Elizabetin oğlu olduğu üçün şahzadə titulunu saxlayacaq.

Məlumata görə, onun keçmiş həyat yoldaşı Sara Ferquson da artıq York hersoginyası titulundan istifadə etməyəcək.

“Qərara gəldik ki, mənimlə bağlı davam edən ittihamlar kralın və kral ailəsinin fəaliyyətinə diqqəti yayındırır. Mən hər zaman olduğu kimi, ailəmə və ölkəmə qarşı borcumu hər şeydən üstün tuturam. Beş il əvvəl ictimai həyatdan kənara çəkilmək qərarımın arxasındayam. Kralın razılığı ilə indi bir addım da irəli getməliyəm. Buna görə də mənə verilmiş titullardan və fəxri adlardan imtina edirəm. Qeyd etdiyim kimi, mənə qarşı irəli sürülən ittihamları qəti şəkildə inkar edirəm”, - şahzadə Endryu bəyanatında bildirib.

Qərar şahzadə Endryuya qarşı təzyiqlərin artdığı bir vaxtda verilib. Buna onun cinsi cinayətlərə görə məhkum olunmuş maliyyəçi Cefri Epsteyn və Çin kəşfiyyatı ilə əlaqəli bir şəxslə münasibətləri barədə yeni xəbərlər səbəb olub.

Tarix
2025.10.17 / 23:38
Müəllif
Axar.az
Digər xəbərlər

Xudafərin körpüsünün işğaldan azad olunmasından 5 il ötür

Bakıda ikinci Katolik Kilsəsi tikiləcək - Mehriban Əliyeva

Ramiz Mehdiyevin kürəkəninin bahalı avtomobilləri - Foto

Ramiz Mehdiyevin ailə üzvlərinin ölkədən çıxışına məhdudiyyət...

Bu ölkə Bakıya köçürdüyü səfirliyini Tehrana qaytarır

Mehdiyev 7 saat dindirildi - İstintaqa əsa ilə gedib

MM-də Mehdiyev müzakirəsi: Prezidentə ən ağır xəyanət...

Gənclərin öz doğma torpaqlarına qayıtmaları qürurverici haldır

Putin Ramiz Mehdiyevin çevriliş planını niyə ifşa etdi?

Bakının Qəzza prosesində iştirakı ABŞ-ın seçimidir

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla