Yuxarı

Prezidentin qızı, rəssam, şair, Müqəddəs Mələksima... - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Prezident İlham Əliyevin böyük qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın doğum günüdür.

Kult.az xatırladır ki, Leyla Əliyeva 1985-ci il iyulun 3-də Moskva şəhərində anadan olub. 2000-ci ildə Bakıda 160 saylı tam orta məktəbi bitirib, həmin il Avropa Biznes Məktəbinə daxil olub. İsveçrə və Böyük Britaniyada təhsil aldıqdan sonra 2006-cı ildən 2008-ci ilə qədər Rusiyada Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Politologiya fakültəsində dünya siyasəti üzrə təhsil alıb.

Leyla Əliyeva 2011-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidentidir. 2011-ci ilin iyulunda Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalına ilə təltif olunub.

2013-cü il dekabrın 20-də III dərəcəli Müqəddəs Mələksima “Knyaginya Olqa” ordeni və “Volqoqrad vilayəti qarşısında xidmətlərə görə” medalı ilə təltif edilib.

2015-ci ilin mayında Leyla Əliyeva aclıqla mübarizə, ərzaq təhlükəsizliyinin təmin olunması, kənd təsərrüfatı, meşə və balıqçılıq təsərrüfatının səmərəliliyinin artırılması, sağlam ərzaq sistemlərinin yaradılması kimi məqsədlərə nail olunmasına verdiyi töhfəyə görə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Xoşməramlı səfiri adına layiq görülüb.

Qeyd edək ki, Leyla Əliyeva rəssam, rejissor və şair kimi də tanınır.

Tarix
2018.07.03 / 11:27
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla