Yuxarı

DSX-dən əməliyyat: İrandan gələn qrup ifşa edildi

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Füzuli rayonu Bala-Bəhmənli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində İran İslam Res­publikasından Azərbaycan istiqamətində 2 nəfərin dövlət sərhədini pozması əlamətləri aşkarlanıb.

Dövlət Sərhəd Xidmətindən Axar.az-a verilən məlumata görə, dərhal keçirilən sərhəd axtarışı əməliyyatı nəticəsində 2 nəfər İran İslam Respublikası vətən­daşı, Maku şəhər sakinləri 1972-ci il təvəllüdlü Qasımzadə Həsən Əh­məd və 1995-ci il təvəllüdlü Həsənzadə Həmid Hüseyn sax­lanılıb, onların İrandan Azərbaycana dövlət sərhədini pozaraq ərazi­də gizlətdikləri 1 kq 335 qram heroin, 570 qram tiryək, 265 qram meta­fitamin, 670 qram marixuana və 10 ədəd psixotrop həb aşkar olunub.

Hadisə ilə bağlı keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Füzuli rayonunun Araz-Dilağarda kəndində narkotik vasitələri qəbul et­mək üçün əraziyə gələn “Hunday Elantra” markalı 99 MV 667 dövlət qeydiyyat nişanlı avtomobildə Bakı şəhər sakinləri 1986-cı il təvəllüdlü Həbibullayeva Günay Qüdrət qızı, 1993-cü il təvəllüdlü Mirnağıyev Mir­tağı Süleyman oğlu və İran vərəndaşı 1990-cı il təvəllüdlü Hacı Hacelo Niari İsa Ərşad saxlanılıblar. Avtomobilə və həmin şəxslərin əş­yalarına keçirilən baxış zamanı Həbibullayeva Günay Qüdrət qızının əl çantasından 6435 ABŞ dolları, 16400 AZN və 5-10 qram çəkidə bükümlərdə metafitamin, heroin və marixuana aşkarlanıb.

Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq DSX-nin ƏABİ-nin və DİN-in BNMİ-nin əməkdaşlarının birgə əməliyyat tədbirləri nəticə­sində İran vətəndaşı İ.Niarinin Bakı şəhərində yaşadığı evinə keçirilən baxış zamanı 100 qram heroin narkotik vasitəsi aşkar edilib.

Bu mütəşəkkil cinayətkar qrupun daha bir üzvü, narkotik vasitə­lərin satışının təşkilatçısı Ağcəbədi rayon sakini 1975-ci il təvəllüdlü Əli­yev Hümmət Yusif oğlu saxlanılıb, onun mənzilindən 1 ədəd göz­yaşardıcı qaz balonu, 5 ədəd metadon və 3 ədəd “Lirika” psixotrop həb­ləri, 213 qram heroin və 1 qram tiryək aşkar olunaraq götürülüb.

Fakt üzrə Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsi tərəfindən cinayət işi başlanılıb.

Tarix
2018.08.16 / 09:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla