Yuxarı

İfaçımız məşhur serialda: "Tanrı" niyə "Allah" oldu? - Video

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

11:31

“Diriliş Ərtoğrul” serialına çəkiləcəyim barədə ictimaiyyətə məlumat verməmişdim.

Bu sözləri Kult.az-a açıqlamasında "Vətənpərvərliyin Təbliğinə Dəstək" İctimai Birliyinin sədri, hərbi vətənpərvərlik mahnılarının tanınmış ifaçısı Şəmistan Əlizamanlı Türkiyədə “Diriliş Ərtoğrul” serialında çəkilməsi barədə danışarkən deyib. O, seriala necə dəvət almasından danışıb:

“Türklər filmdə oxuduğum mahnını çox bəyənmişdilər. Mənimlə əlaqə saxlayıb, “Tanrı türkə yar olsun” mahnısını serialda səsləndirməyimi istədilər. Mən də razılaşdım. Hələlik bir bölümdə çəkilmişəm. Amma yaradıcılıqla bağlı başqa təkliflər olub. Dəyərləndirməyi düşünürəm”.

Ş.Əlizamanlı vətənpərvərlik mövzularında oxuduğu mahnılara görə Türkiyədə sevildiyini söyləyib:

“Serialın komandası məni yüksək səviyyədə qarşıladı. Orada mahnılarımı dinləyiblər, məni çox yaxşı tanıyırlar. Nəinki mənə, bütövlükdə Azərbaycana qarşı çox isti münasibət bəsləyirlər”.

İfaçı "Tanrı türkə yar olsun" misrasındakı "Tanrı" sözünün niyə "Allah" sözü ilə əvəzlənməsinə də aydınlıq gətirib:

"13-cü əsrdə islamın türklər arasında yayılması prosesi genişlənirdi. Ona görə filmin rəhbərliyi "Allah" sözündən istifadəni məsləhət bildi".

Qeyd edək ki, Şəmistan Əlizamanlı Türkiyənin TRT1 kanalında yayımlanan “Diriliş Ərtoğrul” serialında rol alıb. İfaçı serialın yeni mövsümünün ilk bölümündə ozan rolunda “Allah türkə yar olsun” mahnısını oxuyub.

Tarix
2018.11.08 / 11:51
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

İranlı mollalar özlərini ifşa etdi, Əliyevi təsdiqlədilər!

Əliyevlə Şoltsun Berlində geniş tərkibdə görüşü başladı

Əliyevlə Şoltsun təkbətək görüşü oldu

Ermənistan Azərbaycanın beşdə birini işğal etdikdən sonra...

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla