Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
15 Dekabr 2017


“Baku” “London”u darmadağın etdi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Komandamız İngiltərədə "2013-2014 futzal mövsümü"nün lideridir

İngiltərə futzal liqasında çıxış edən "Baku United" komandası ölkə çempionatının liderinə çevrilib. Cənub qrupunun favoriti olan komanda indiyədək 5 oyun keçirib və onların hamısında böyük xal fərqləri ilə qələbə qazanıb.

Noyabrın 17-də bakılılar "Citi of London" komandasını 12-0 hesabı ilə məğlub edib. Bundan əvvəl Kaunas komandasını 13–0, " Helvesian"ı 4-2, "Siauliain"i 11-2, həmçinin "Genezis"i 11-2 hesabları ilə məğlubiyyətə uğradan "Baku United" İngiltərə "2013-2014 futzal mövsümü"nün ən çox xal yığan klubudur. Sonrakı yerdə 15 xalla "Helvesia" klubu gəlir. Baku United futzal klubundan verilən məlumata görə, komanda bu mövsümdə də İngiltərə çempionu olmaq niyyətindədir. Məqsədə nail olmaq üçün komanda heyəti yeni oyunçular hesabına gücləndirilir, əsas heyətə güclü Portuqaliya milli yığmasının kapitanı, Avropanın aparıcı klubu olan "Barselona" komandasının müdafiəçisi, hazırda dünya ikincisi olan İspaniya milli yığmasından iki oyunçu və digər ulduz oyunçular daxil edilib. İspaniyalı məşhur məşqçi Çama Himenez komandanın məşq qrafikini gücləndirib.

Xatırladaq ki, "Baku United" İngiltərədə fəaliyyət göstərən "Odlar Yurdu" təşkilatı tərəfindən yaradılıb. Komanda heyətinə azərbaycanlılarla yanaşı ispanlar, portuqallar, ingilislər, polyaklar, serblər daxildir. Klubun prezidenti İlham Nağıyevdir.

Tarix
2013.11.18 / 13:52
Müəllif
Faiq Balabəyli
Şərhlər
loading...
Digər xəbərlər

Başlarının üstündə yumruq olmasa... - Məşqçi

"Neftçi" yarımfinala vəsiqə qazandı

"Qalatasaray"ın sabiq baş məşqçisi Şəmkirə gəldi - Foto

Bu idman növləri kişilərə ziyandır – Alimlər

"Sumqayıt"ın baş məşqçisi Dieqo Kosta ilə birgə - Foto

Rəşad Sadıqov: "Qarabağ"dan ayrılacam...

“Qurban Qurbanov yumşaq biri kimi görünür, ancaq...”

“Qarabağ”a 5 mükafat verildi - Foto

Klublar Komitəsinə yeni sədr seçildi

Rəşad Sadıqovun təyinatı rəsmiləşdi

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla