Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
19 Avqust 2017


Artığını etmək istəyirdik, lakin... - Qriqorçuk

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qələbəyə şadam. Sonluqda istədiyimiz kimi çıxış etmədiyimizi gördüm. Çoxlu sayda oyunlar olub ki, fərqlənmək imkanlarımızdan yararlana bilməmişik. Bu dəfə isə əksinə oldu.

Report-un məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk səfərdə "İnter"i 2:1 hesabı ilə yendikləri Azərbaycan Premyer Liqasının ilk tur matçından sonra mətbuat konfransında deyib. Ukraynalı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb...

- Penalti epizodu zamanı Filip Ozobiçlə Cavid Hüseynov arasında dialoq baş verdi. Onlar nəyin mübahisəsini edirdilər?

- Hansı söhbəti etdiklərini eşitmədim. Hər ikisi ştatlı penalti ustalarıdır. Yəqin ki, zərbəni necə vurmağı müzakirə ediblər.

- İlk hissənin sonunda Stiven Jozef-Monrozun hərəkətindən sonra onu Famussa Kone ilə əvəzləmək istəsəz də, sonra fikrinizdən daşındız...

- Sizə kim deyib ki mən onu əvəzləmək istəyirdim?

- Oyun və nəticə gözlədiyiniz kimi oldu?

- Komandamız yenidir. Ona görə təsəvvür eləmək çətindir.

- Komandanın hazırkı vəziyyəti barədə nə deyə bilərsiniz?

- İşləməli olduğumuz çox şey var. Oyunçuların fərdi çıxışı o qədər də xoşuma gəlmədi. Bunun üzərində işləyəcəyik.

- Sizcə, komanda tam komplektləşib?

- Əlbəttə, tam komplektləşib. Düzdür, biz daha artığını etmək istəyirdik, ancaq ideal heç nə yoxdur.

- Araz Abdullayev və Xavi Ernandesin boşluğunu necə dolduracaqsınız?

- Onlar özü komandanı tərk etmək istədilər. Biz də razılaşdıq.

- Son 10 dəqiqədə “İnter” üstünlüyü ələ almışdı. Komandanın 2-3 real qol vəziyyəti var idi. Həmin anlarda “Qəbələ”də nə baş verirdi?

- 2:0 hesabı ilə üstün olduğumuz anda təzyiqi daha da artırmalı idik. Amma əksinə oldu. Komanda qol buraxdıqdan sonra əlavə təzyiq yaranır. Qələbə istəyən komanda oyunu yönləndirməlidir. Futbolçularım bunu öyrənməlidir.

- Bu gün “Qəbələ”nin 4 legioneri kənarda qaldı...

- Əlbəttə istəyirik ki, bütün oyunçularımız şans qazansın. Əsas odur ki, hamısı sağlamdır. Gələcəkdə hər birinə şans verməyə çalışacağam.

Tarix
2017.08.13 / 00:34
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

"Qarabağ"ın oyununa baxmaq neçəyə başa gələcək?

Skaut konfransının bağlanış mərasimi keçirildi

Futbolçumuz "Aue"yə ilk xalı qazandırdı - Video

“Traktor” Tehran komandasına qalib gəldi

“Kopenhagen”in futbolçusu "Qarabağ"la oyundan danışdı - Özəl

Ramil Quliyevin ukraynalı xanımı - Foto

Klublarımızın Avropa Liqasından qazancı açıqlanıb

İlin ən yaxşı baş məşqçisi kim olacaq?

Qurban Qurbanov: Oyunçulardan tələbim bu idi ki…

Ramil Quliyev: Mən iki ölkənin bayrağını ucaltmışam

KULT
Xəbər xətti
 
SORĞU
Harada dincəlmək istəyərdiniz?
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla