Yuxarı

Çexiya ilə oyunun biletləri satışa çıxarıldı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 5-i futbol üzrə milli komandamızın Çexiya yığmasına qarşı keçirəcəyi Dünya Çempionatının seçmə qrup matçının biletləri satışa çıxarılıb.

Axar.az xəbər verir ki, bu barədə məlumatı AFFA yayıb. Bakı Olimpiya Stadionunda baş tutacaq oyun üçün biletləri Heydər Əliyev Sarayının kassalarından, 28 Mall, Gənclik Mall, M.Rəsulzadə 3 (Azərbaycan k/t yaxınlığı), Bülbül prospekti, Nizami küç. (Nizami k/t yaxınlığı), Üzeyir Hacıbəyov küç. 69x (Hökumət evinin arxası) ünvanlarından, ASAN Xidmət mərkəzlərindən (1,2,3 və 4), eləcə də onlayn olaraq iTicket.az saytından almaq mümkündür.

Biletlərin qiyməti VİP yerlər üçün isə 50, digərləri isə kateqoriyalara uyğun olaraq 1-6 manatdır.

Qeyd edək ki, sentyabrın 27-də Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin "Qarabağ" – “Roma” və Azərbaycan – Çexiya oyunu keçiriləcəyini nəzərə alaraq, AFFA və “Qarabağ” futbol klubu birgə layihə həyata keçirir. Layihəyə əsasən, azarkeşlərə güzəştlər tətbiq ediləcək. Belə ki, “Qarabağ” – “Roma” oyununun biletini kassalara təqdim edən azarkeşlər millinin Çexiyala qarşılaşması üçün bileti 50 faiz ucuz əldə edəcəklər.

Tarix
2017.09.16 / 13:13
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla