Yuxarı

Prezident yığmamızın oyununda: Millimiz qalib gəldi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

11:13

Voleybolçu qadınlar arasında Avropa çempionatında qrup mərhələsinə bu gün Milli Gimnastika Arenasında keçiriləcək 3 oyunla yekun vurulacaq.

Axar.az xəbər verir ki, A qrupunda yer alan Azərbaycan millisi Almaniyanı sınağa çəkəcək. İlk 2 turu qələbə ilə başa vuran Faiq Qarayevin baş məşqçi olduğu kollektiv hətta minimal fərqlə uduzsa belə, qrup lideri kimi 1/4 finala yüksələcək. Amma Macarıstan və Polşaya heç bir şans verməyən Azərbaycan millisinin qrupdakı son oyununu məğlub başa vuracağı inandırıcı görünmür.

C qrupunda isə 2 oyun olacaq. Əvvəlcə Rusiya və Bolqarıstan milliləri üz-üzə gələcək. Rusiya qalib gəlsə, qrup lideri kimi birbaşa 1/4 final mərhələsinə yüksələcək. Bu qrupun digər oyununda ilk iki turu məğlubiyyətlə başa vurmuş Türkiyə və Ukrayna yığmaları qarşılaşacaq. Rusiya və Bolqarıstana minimal fərqlə uduzduğu üçün Ukraynanın 2 xalı var. Türkiyə isə cəmi 1 xala malikdir. "Ay-ulduzlular" qrup 3-cüsü kimi "pley-off"a çıxmaq üçün mütləq qalib gəlməlidirlər.

Avropa çempionatı

A qrupu

18:00. Almaniya - Azərbaycan

Hakimlər: Stefan Takaişvili (Gürcüstan), Vladimir Oleynik (Rusiya)

Xal durumu: Azərbaycan - 6, Polşa - 5, Almaniya - 4, Macarıstan - 0.

C qrupu

15:30. Rusiya - Bolqarıstan

20:30. Türkiyə - Ukrayna

Xal durumu: Rusiya - 5, Bolqarıstan - 4, Ukrayna - 2, Türkiyə - 1.

Qeyd edək ki, digər 2 qrupda mübarizəyə yekun vurulub. İtaliya B qrupunun, Serbiya D qrupunun lideri kimi 1/4 finala yüksəlib. Onların rəqibləri "pley-off" mərhələsinin Belarus - Çexiya və Hollandiya - Xorvatiya görüşlərinin qalibləri olacaq.

18:59

Sentyabrın 25-də Azərbaycanda və Gürcüstanda təşkil edilən qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsi çərçivəsində “A” qrupunda Azərbaycan-Almaniya görüşünə start verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev milli komandamızın oyununa baxır.

Bu oyunun nəticəsində “A” qrupundan dörddəbir finala birbaşa yüksələn komanda müəyyənləşəcək.

Hazırda Azərbaycan milli komandası 6 xalla qrupda birinci sıradadır. Almaniya yığması isə 4 xalla üçüncü sıradadır.

19:47

Gərgin idman mübarizəsi şəraitində keçən birinci setdə Almaniya millisi 25:19 hesabı ilə qalib gəlib.

İkinci setdə təşəbbüsü ələ alan Azərbaycan voleybolçuları qələbə qazanaraq (25:19) ümumi hesabı bərabərləşdiriblər – 1:1.

***

Qarşılaşmanın üçüncü setində üstün oyun nümayiş etdirən voleybolçularımız 25:18 hesabı ilə qalib gəliblər. Azərbaycan millisi dördüncü seti də 25:18 hesabı ilə öz xeyrinə bitirib.

Beləliklə, yekunda 3:1 hesabı ilə qalib gələn voleybolçularımız xallarının sayını 9-a çatdıraraq qrup lideri kimi dörddəbir final mərhələsinə birbaşa vəsiqə qazanıblar. Almaniya isə 4 xalla üçüncü yerin sahibi kimi pley-offda mübarizə aparacaq.

Tarix
2017.09.25 / 20:45
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla