Yuxarı

“XL”də Oğuz Çətin baş məşqçi olmayacaq – Özəl

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Fənərbaxça"nın əfsanəvi futbolçusu Oğuz Çətin "Xəzər-Lənkəran"ın məşqçilər korpusunda yer alacaq.

Bu barədə "Axar.az"a klubdaxili mənbədən məlumat verilib. Bildirilir ki, Toşakın istefaya göndərilməsi hələ bir neçə tur əvvəl planlaşdırılırdı. Hətta bu gün ölkə Premyer Liqasının 14-cü turu çərçivəsində keçirilən "Bakı" – "Xəzər Lənkəran" (3:0) oyununda uzun illər Türkiyə milli komandasının məşqçilər korpusunda yer alan və son olaraq Quus Hiddinklə birlikdə Türkiyə yığmasında çalışan Oğuz Çətinin klub rəsmiləri ilə matçı izləməsi də təsadüfü deyilmiş.

Amma "Xəzər Lənkəran"dakı qaynağımız medianın yaydığı məlumatı təkzib edərək Oğuz Çətinin Toşakın yerinə Lənkəran klubuna rəhbərlik etməyəcəyini qeyd etdi: "Oğuz Çətin məşqçilər korpusunda yer alacaq, amma o, baş məşqçi kimi olmayacaq".

Bu isə "Xəzər Lənkəran"da yeni məşqçi erasının başlanğıcından xəbər verir. Özəl qaynağımız Toşakın yaxın günlərdə istefaya göndəriləcəyini də bildirdi.

Tarix
2013.11.22 / 18:34
Müəllif
İlqar Vəliyev
Şərhlər
Digər xəbərlər

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla