Yuxarı

Ötən gün tarix yazan azərbaycanlı...

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov FİDE-nin cari reytinqində ikinci yerə yüksəlib. O, FİDE reytinqində belə yüksək pilləyə qalxan ilk azərbaycanlıdır.

Axar.az xəbər verir ki, tanınmış simalar Ş.Məmmədyarovun bu uğuru ilə bağlı öz fikirlərini bölüşüblər.

Millət vəkili Fazil Mustafa şahmatda dünyada ikinci olmağın “Maşın-şou”da əlini maşının üstündə saxlamaq olmadığını vurğulayıb:

“İlk dəfədir belə bir uğur baş verir. Bu başını başların üstündə saxlaya bilməkdir. Təbrik edirəm, sevinirəm, daha böyük uğurlar diləyirəm. Bu hadisəyə sevinən bütün azsaylı Azərbaycan əhalisinə də təşəkkür edirəm ki, az sayda olsanız da, bir azərbaycanlının təfəkkürünə qiymət verirsiniz, kriminal oyuncaqların, nağıl-serialların, mənasız şouların arxasınca düşüb ömür sürmürsünüz”.

Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban isə Şəhriyar Məmmədyarovun “Azərbaycanı pulsuz reklam edənlər” kateqoriyasına aid olduğunu yazıb:

“Şəhriyar Məmmədyarov son qələbəsindən sonra FİDE reytinqində 2801,5 balla dünyanın II şahmatçısı pilləsinə yüksəlib. Dünya çempionundan onu 36,5 bal ayırır”.

Qeyd edək ki, Ş.Məmmədyarov Avropa çempionatında çexiyalı David Navara üzərindəki qələbədən sonra xallarının sayını 2801,5 çatdırıb. Bununla da o, erməni Levon Aronyan (2799,9) və amerikalı Fabiano Karuananı (2799) qabaqlayıb.

Tarix
2017.11.02 / 10:54
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla