Yuxarı

Şahmatçılarımız liderliyə yüksəldi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın kişilərdən ibarət şahmat üzrə yığma komandası Yunanıstanda keçirilən Avropa çempionatında mübarizəni davam etdirir.

Axar.az xəbər verir ki, Azərbaycan şahmatçıları səkkizinci turda turnir cədvəlinin ilk pilləsində qərarlaşan Rusiya millisi ilə qarşılaşıblar.

Görüşün birinci lövhəsində Şəhriyar Məmmədyarov Aleksandr Qrişuku, ikinci lövhədə isə Teymur Rəcəbov Yan Nepomnyatçını 1:0 hesabı ilə məğlub edib.

Üçüncü lövhədə keçirilən Arkadi Naydiç (Azərbaycan) - Maksim Matlakov (Rusiya) görüş isə rəqib şahmatçının 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Dördüncü lövhədə keçirilən Rauf Məmmədov ilə Danil Dubovun görüşündə də təmsilçimiz 1:0 hesabı ilə qalib gəlib.

Beləliklə, Azərbaycan komandası Rusiya yığmasını 3:1 hesabı ilə məğlub edib və turnir cədvəlində hesabındakı xallarının sayını 13-ə çatdıraraq liderliyə yüksəlib.

Aktivində 12 xal olan Rusiya isə turnir cədvəlində ikinci pillədədir.

Çempionata noyabrın 6-da yekun vurulacaq.

Xatırladaq ki, Avropa komanda çempionatında kişilərdən ibarət 40 komanda çıxış edir. İsveçrə sistemi üzrə təşkil olunmuş yarışlar doqquz turdan ibarətdir.

Tarix
2017.11.05 / 22:56
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla