Yuxarı

Qurban Qurbanovun səhvləri… - Millət vəkili

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən Çempionlar Liqasında qrup mərhələsində keçirilən “Qarabağ”-“Çelsi” oyununda hakimin qeyri-obyektivliyi ilə razılaşıram və bu qınanılmalıdır. Ancaq sevimli klubumuzun oyununda açıq görünən bir neçə səhv var.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Aydın Mirzəzadə qeyd edib. O bildirib ki, baş məşqçi Qurban Qurbanovun bu səhvlər üzərində işləməsi düzgün olardı:

“Cərimə meydançası həssas yerdir və orada sarı və qırmızı vərəqə, həmçinin penalti almaq şansı çox yüksəkdir. Bizim oyunçuların burada səhvsiz oynamaq taktikası üzərində çox ciddi işlənilməlidir. Xüsusilə də rəqibdən top almaq fəndi ustalıq dərəcəsinə çatdırılmalıdır. Həmçinin komandanın ucaboy, çevik hücumçulara çox böyük ehtiyacı var. Özü də bütün oyunu bir-iki hücumçu üzərində qurmaq olmaz. Baş məşqçinin daima dünya reytinqli, transfer qiyməti azı 10 milyon və daha çox olan 4-5 hüçumçusu olmalıdır. Müdafiəçilər komandamızın cərimə meydançasının bir hissəsini tez-tez müdafiəsiz qoyurlar və dünən dördüncü top məhz bu səbəbdən vuruldu”.

Qeyd edək ki, ötən gün UEFA Çempionlar Liqasının qrup mərhələsinin beşinci turunda Bakı Olimpiya Stadionunda “Qarabağ” “Çelsi” ilə qarşılaşıb və oyun 4-0 “Çelsi”nin qələbəsi ilə bitib.

Tarix
2017.11.23 / 14:42
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

Berlində Əliyevə qarşı erməni aksiyası: Muxtarlı da ordadır

Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı olacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla