Yuxarı

Azərbaycan bayrağı Braxnerə tapşırıldı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək XXIII Qış Olimpiya Oyunlarında Azərbaycan nümayəndə heyətinin tərkibi və bayraqdar müəyyənləşib.

Bu barədə Report-a Milli Olimpiya Komitəsinin (MOK) beynəlxalq əlaqələr İdarəsinin müdiri və Azərbaycanın şef de-missionu Anar Bağırov məlumat verib.

Onun sözlərinə görə, fevralın 9-da start götürəcək olimpiadanın açılış mərasimində bayraqdar funksiyasını ölkənin yeganə təmsilçisi Patrik Braxner yerinə yetirəcək. Braxner slalom və böyük slalom yarışlarına qatılacaq.

A.Bağırov bildirib ki, əvvəlki qış olimpiadalarında nümayəndə heyətinin istənilən üzvü bayrağı daşımaq imkanına malik olub. Amma bu dəfə Beynəlxalq Olimpiya Komitəsi ölkə bayrağını yalnız idmançının daşımalı olduğuna dair tələb irəli sürüb. Ona görə də bu missiyanı elə avstriyalı legionerin özü yerinə yetirməli olacaq.

Nümayəndə heyətində isə ümumilikdə 11 nəfər, o cümlədən, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, baş katibin müavini Azər Əliyev, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, nazirliyin idman şöbəsinin müdiri Fərid Mansurov, Azərbaycan Dağ Xizəkçiliyi Federasiyasının Prezidenti Rauf Xəlilov yer alacaq.

Braxner ardıcıl ikinci olimpiadada Azərbaycanı təmsil edəcək. O, 2014-cü il Soçi Qış Olimpiya Oyunlarında da iştirak edib. Həmin vaxt böyük slalom növündə 53-cü yeri tutmuş Braxner slalomçuların mübarizəsində finişə çata bilməyib.

Qeyd edək ki, ümumilikdə 2500 idmançının qatılacağı "Pxençxan-2018"ə fevralın 25-də yekun vurulacaq.

Tarix
2018.01.22 / 16:46
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev güclü liderdir, sözünün ağasıdır - Solonnikov

Nikol "bu həftə müharibə olacaq" dedi - Rusiyadan reaksiya

Paşinyan Stoltenberqlə görüşdü

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla