Yuxarı

"Neymara çoxlu pul xərclənməsi Ronaldonu qəzəbləndirir"

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya millisi və “Bavariya”nın sabiq üzvü Lotar Matteus Çempionlar Liqasının 1/8 final mərhələsinin “Real” – PSJ oyunu öncəsi komandaların liderləri – Kristiano Ronaldo və Neymarın prinsipial görüşə motivasiyaları ilə bağlı fikirlərini açıqlayıb.

Qol.az-ın məlumatına görə, veteran futbolçu “San” nəşrinə açıqlamasında bugünkü qarşılaşmanın onlar üçün özünüsübut matçı olacağını bildirib:

“Şübhəsiz, “Real” və PSJ öz ulduzlarından asılı olan komandalardır. Ronaldo və Neymar, hər biri bu gün digərindən daha yaxşı olduğunu sübut etməyə çalışacaq. Ötən mövsüm Ronaldo titul qazana bildiyini hamıya göstərdi. O, inanılmaz idi və “Real”a Çempionlar Liqasını qazandırdı. İndi isə Ronaldo o səviyyədə deyil”.

Matteus portuqaliyalı ulduzun bu il zəif çıxışının səbəbini də açıqlayıb: “Neymara çoxlu pul xərclənir. Bu isə Ronaldonu qəzəbləndirir. Braziliyalıdan geri qalmaq onun xoşuna gəlmir. Ona görə də Kristiano bu gün öz oyunu ilə ən yaxşı olduğunu sübut etməyə çalışacaq”.

Təcrübəli mütəxəssis Neymarla bağlı da danışıb. O, braziliyalı ulduzun qarşısıalınmaz olduğunu bildirib: “Düşünürəm ki, Neymara qarşı müdafiə olunmaq “Real” üçün asan olmayacaq. Çünki o, meydanda mükəmməl hərəkət və çoxlu driblinq edir”.

Qeyd edək ki, “Real” – PSJ oyunu bu gün Bakı vaxtı ilə 23:45-da başlayacaq.

Tarix
2018.02.14 / 20:03
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla