Yuxarı

“Qarabağ” kimi alır: Maklaflini, yoxsa Fiorillonu?

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qarabağ" futbol klubu şotlandiyalı qolkiper Con Maklaflinə təklif göndərib.

“Deyli Ekspres”də yayılan bu məlumatı Qarabağ FK-nın mətbuat katibi Nurlan İbrahimov Axar.az-a təsdiqləsə də, qarşı tərəfin cavabının hələ məlum olmadığını vurğulayıb. Onun sözlərinə görə, 31 yaşlı qapıçıya iki illik müqavilə təklif olunub.

Maklaflinin son klubu ötən mövsüm 33 dəfə meydana çıxdığı "Harts" olub. O, əvvəllər İngiltərə klublarında, o cümlədən, "Bredford" və "Barton"da da çıxış edib. Təcrübəli oyunçu bu ildən Şotlandiya millisinə dəvət almağa başlayıb və iyunun 2-də Meksikaya 0:1 hesabı ilə uduzduqları yoldaşlıq görüşündə debüt edib.

Qeyd edək ki, "Qarabağ" klubunun italiyalı qapıçı Vinçenzo Fiorillonu heyətinə qatmaq niyyətində olduğu barədə məlumat yayılmışdı. Qeyd olunurdu ki, Ağdam təmsilçisi 28 yaşlı qolkiperin çıxış etdiyi "Peskara" klubu ilə razılıq əldə edib və transfer üçün 600 min avro ödəməyi planlaşdırır.

Xatırladaq ki, Qarabağ klubu ötən günlərdə 5 ildir ki, Qarabağın şərəfini qoruyan bosniyalı İbrahim Şehiçlə yollarını ayırıb.

Tarix
2018.06.22 / 14:32
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Digər xəbərlər

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla