Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
18 Oktyabr 2018


Gözəl BATE ilə cavab oyunu öncəsi klubu ziyarət etdi - Foto

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarusda BATE ilə keçirəcəyi futbol üzrə Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu ərəfəsində "Qarabağ”ı klub prezidenti Abdolbari Gözəl ziyarət edib.

Axar.az klubun rəsmi saytına istinadən xəbər verir ki, son məşq öncəsi komandanın bazasına gələn A.Gözəl ilk olaraq baş məşqçi Qurban Qurbanovla görüşüb.

Görüşdə komandanın evdə 0:1 hesabı ilə uduzduğu ilk qarşılaşma, ümumilikdə isə cari mövsüm avrokubok perspektivləri haqqında danışılıb.

Futbolçularla da bir araya gələn klub prezidenti məğlubiyyətə baxmayaraq, kollektivə inandığını, xüsusən ikinci hissədəki oyundan məmnun qaldığını bildirib. Komandanın uzun illər Q.Qurbanovla sabitlik yaxaladığını deyən A.Gözəl "Qarabağ"ın artıq Avropa və dünyada tanınan bir klub olduğunu bildirib. O, nəinki futbolda, hətta həyatda da düzgün strategiyanın vacibliyini vurğulayaraq, klubun uğurlarının sabitlik, dürüstlük və ədalət prinsipləri üzərində qurulduğunu diqqətə çatdırıb. Baş məşqçiyə, komandaya inamını nümayiş etdirən klub prezidenti Belarusda müvəfəqiyyət qazanacaqlarına əminliyini vurğulayıb. Sonda A.Gözəl komandaya uğurlar arzulayıb.

"Qarabağ" BATE ilə cavab görüşü üçün Belarusa sabah yollanacaq. Avqustun 14-də "Borisov Arena"da keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.

Tarix
2018.08.11 / 20:48
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Gənc cüdoçumuz dünya çempionu oldu

"Arsenal"ın oyunçusu təyyarəyə görə oyundan imtina etdi

Qurban Qurbanov dünyada neçəncidir? - Yeni reytinq

Neymar Argentina ilə görüşdə bu nəticəyə imza atdı

Son dünya çempionu almanları hesabı açmağa peşman etdi

Formula-1 biletləri satışda - Video

Millimiz Norveçlə oyunda qələbəni əldən verdi

Məşhur futbolçu İngiltərə Liqasına qayıda bilər

Zinəddin Zidan Bakıya gəlir

Arda Turana fantastik cərimə - Qərar

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla