Yuxarı

İdmançımız dünya çempionatının ən yaxşıları siyahısında

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bədii gimnastika üzrə 36-cı dünya çempionatına ev sahibliyi edən Bolqarıstanın paytaxtı Sofiya son günlərdir bütün diqqətləri öz üzərinə cəmləyib. 61 ölkədən 350 gimnastın çıxış etdiyi “Armets” arenasında bu gün artıq fərdi gimnastlar öz proqramlarını yekunlaşdırıb.

Azərbaycan Gimnastika Federasiyasından Axar.az-a verilən məlumata görə, ölkəmizi bu turnirdə təmsil edən Zöhrə Ağamirova və çempionatın debütantlarından olan Veronika Hudis və Darya Sorokina bütün güclərini toplayaraq ən yaxşı şəkildə öz çıxışlarını təqdim etməyə çalışıblar. Nəticədə qızlarımız komanda hesabında 38 ölkə arasında 9-cu pillədə qərarlaşıblar.

Çoxnövçülük yarışlarında isə Zöhrə 24 ən yaxşı gimnastın siyahısına daxil olmağı bacarıb. Bu proqramda mübarizə aparmış debütant idmançımız V.Hudisi isə finaldan cəmi 1 addım ayırıb və nəticədə gimnastımız 25-ci yerdə qərarlaşıb.

Dünya birinciliyində ilk dəfə çıxış edən digər təmsilçimiz Darya Sorokina isə ən yaxşı nəticəsini topla çıxışında göstərib və 148 gimnast arasında 48-ci pillədə qərar tutub.

Sabah isə Sofiyanın Armets arenasında 36 qrup komandasının çıxışları start götürəcək. Bu proqramda ölkəmizi Aliyə Paşayeva, Siyana Vasileva, Ayşən Bayramova, Diana Doman və Zeynəb Hümmətova təmsil edəcəklər.

Tarix
2018.09.15 / 10:46
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla