Yuxarı

Dünya Çempionatının püşkü atıldı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Braziliyada keçiriləcək Dünya Çempionatının püşkatma mərasimində iştirak edəcək milli komandaların hansı torbalarda yer alacağı məlum olub.

"Axar.az"ın məlumatına görə, çempionata ev sahibiliyi edəcək Braziliya ilə yanaşı I torbada yer alacaq komandalar İspaniya, Almaniya, Argentina, Kolumbiya, Belçika, İsveçrə və Uruqvay milli yığmalarıdır.

Digər torbalarda isə komandalar dünya sıralamasındaki reytinqinə görə deyil, ölkələrin yerləşdikləri qitələrə görə formalaşdırılıb. Beləliklə, Afrikanın 5 və Cənubi Amerikanın 2 milli komandası II torbada, Asiyanın 4 və Şimali, Mərkəzi Amerikanın 4 millisi III torbada, Avropanın 9 milli yığması IV torbada yer alıb.

Qaydalara görə, eyni qitədən iştirak edən ölkələr eyni qrupa düşməyəcək. Yalnız Avropanın 2 ölkəsinin millisi bir qrupda yer ala biləcək.

Dünya Çempionatında iştirak edəcək milli komandaların torbalarda yer aldığı siyahı belədir:

I torba: Braziliya, Argentina, Kolumbiya, Uruqvay, Belçika, Almaniya, İspaniya, İsveçrə.

II torba: Əl Cəzair, Kamerun, Kotdivar, Qana, Nigeriya, Çili, Ekvador.

III torba: Avstraliya, İran, Yaponiya, Cənubi Koreya, Kosta Rika, Honduras, Meksika, ABŞ.

IV torba: Bosniya və Herseqovina, Xorvatiya, İngiltərə, Fransa, Yunanıstan, İtaliya, Hollandiya, Portuqaliya, Rusiya.

Tarix
2013.12.03 / 23:01
Müəllif
Pərviz Həsənov
Şərhlər
Digər xəbərlər

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla