Yuxarı

Bakıda TANAP-la bağlı saziş imzalandı - Yeniləndi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

12:51

Bu gün Dünya Bankının (DB) Cənubi Qafqaz regionu üzrə direktoru Mersi Tembonun Azərbaycana səfəri başlayıb.

Report xəbər ki, bank rəsmisi Trans-Anadolu Boru Kəməri (TANAP) layihəsi üzrə ayrılan kreditlə bağlı Azərbaycan hökuməti ilə müvafiq sazişi imzalamaq üçün Bakıya gəlib.

Hökumətdəki mənbələrdən isə bildirlib ki, saziş bu gün imzalanacaq. Sənədi WB tərəfindən M.Tembon, Azərbaycan tərəfindən "Cənub Qaz Dəhlizi” (SGC) QSC-nin baş direktoru Əfqan İsayev (benefisiar) və maliyyə naziri Samir Şərifov (zəmanətçi) imzalayacaqlar.

M.Tembonun səfəri sabah bitəcək.

Qeyd edək ki, 2016-cı il dekabrın 20-də Dünya Bankı Direktorlar Şurasının qərarı ilə TANAP-a 800 mln. dollarlıq kredit ayrılıb və bunun 400 mln. dollarını Azərbaycan dövlətinin zəmanəti ilə "Cənub Qaz Dəhlizi" QSC (SGC), digər 400 mln. dollarını isə Türkiyə dövlətinin zəmanəti ilə bu ölkənin BOTAŞ şirkəti alacaq.

Xatırladaq ki, WB-nin Çoxtərəfli İnvestisiya Təminatı Agentliyi (MIGA - Multilateral Investment Guarantee Agency) Trans-Anadolu Boru Kəməri (TANAP) layihəsinə ayrılan investisiyalar üzrə 1,2 mlrd. ABŞ dolları dəyərində zəmanətini təsdiq edib. MIGA-nın bu zəmanəti TANAP-a digər maliyyə mənbələrindən cəlb edilən kredit resurslarının ucuzlaşmasına imkan verəcək.

***

16 yanvar 2017 – il tarixində Azərbaycan Respublikası Hökuməti, Cənub Qaz Dəhlizi Qapalı Səhmdar Cəmiyyəti (CQD) və Dünya Bankı arasında Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) layihəsinin dəstəklənməsi məqsədilə kredit ayrılmasına dair müqavilə imzalanıb.

Axar.az xəbər verir ki, 400 milyon ABŞ dolları məbləğində olan kredit sazişini CQD-nin Baş direktoru Əfqan İsayev və Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Mersi Tembon, kredit müqavinə dair zəmanət sazişi isə Azərbaycan Hökuməti adından maliyyə naziri Samir Şərifov və xanım Mersi Tembon arasında imzalanıb.

Maliyyə naziri Samir Şərifov imzalanma mərasimində bildirmişdir ki, beynalxalq maliyyə qurumları ard-arda Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsi üçün dəstək verir və bu, dünya miqyasında Azərbaycana, onun liderliyi və təşəbbüskarlığı ilə reallaşdırılan Cənub Qaz Dəhlizi layihəsinə inam və etibarının bariz nümunəsidir. Nazir xatırlatmışdır ki, Dünya Bankından başqa, Asiya İnkişaf Bankı və Asiya İnfrastruktur İnvestisiya Bankı tərəfindən də müvafiq maliyyə dəstəkləri təsdiqlənmişdir: “Prezident İlham Əliyev layihənin təkcə Azərbaycan üçün deyil, Avropa və regionun enerji təhlükəsizliyi üçün xüsusi önəm daşıdığını vurğulamışdır. Bu layihənin reallaşdırılmasında aparıcı qüvvə məhz Azərbaycan Respublikasıdır”.

Nazir Cənub Qaz Dəhlizi layihəsinin iqtisadi və kommersiya cəhətdən də çox səmərəli olduğunu qeyd edərək bu istiqamətdə bir sıra investorlarla da iş aparıldığını xatırlatmışdır. “Dünya Bankından və digər mənbələrdən cəlb olunan kreditlər gələcəkdə bu layihədən əldə ediləcək gəlirlər hesabına Cənub Qaz Dəhlizi Şirkəti tərəfindən ödəniləcək. Buna baxmayaraq, layihənin tezliklə icra olunmasını nəzərə alaraq hökumət tərəfindən kredit sazişinə zəmanət verilir”.

Dünya Bankının regional direktoru Mersi Tembon isə Dünya Bankı və Azərbaycanın heyətlərinin aylar ərzində apardıqları gərgin işinin nəticəsi olaraq TANAP üzrə hüquqi sazişlərin imzalamasından məmnunluqlarını ifadə etmişdir: “Biz əminik ki, bu layihə ölkənin regional ticarətdə rolunu və rəqabət qabiliyyətini gücləndirmək və ixracını genişləndirməklə Azərbaycan xalqına çoxlu fayda gətirəcək”. Xanım Tembon bu əməkdaşlığın onlarda böyük ruh yüksəkliyi yaratdığını qeyd edərək, etibarlı tərəfdaş kimi Azərbaycanla bundan sonra da əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını ifadə etmişdir.

Cənub Qaz Dəhlizi layihəsinin məqsədi “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsi, bu zaman hasil ediləcək təbii qazın genişləndiriləcək Cənubi Qafqaz Qaz Boru Kəməri və yeni tikiləcək TANAP və Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsi ilə Türkiyə və Cənubi Avropa ixracını təmin etməkdir. Layihədə iştirak edən bütün ölkələr üçün Cənub Qaz Dəhlizinin vacibliyini nəzərə alaraq, bir sıra beynəlxalq maliyyə institutları, o cümlədən Dünya Bankı ilə birgə maliyyələşdirən Asiya İnfrastruktur İnvestisiya Bankı bu layihəni dəstəkləyir.

Qeyd etmək lazımdır ki, “Cənub Qaz Dəhlizi” QSC Azərbaycan Respublikası Prezidentinin “Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” 25 fevral 2014-cü il tarixli, 287 nömrəli Sərəncamı əsasında yaradılmış və səhmlərinin 51%-i dövlət mülkiyyəti olmaqla İqtisadiyyat Nazirliyinə, 49%-i isə SOCAR-a məxsus olan qapalı səhmdar cəmiyyətidir.

Tarix
2017.01.16 / 18:29
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla