Yuxarı

Azər Talıbov nazir müavini təyin edildi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada azərbaycanlı nazir müavini təyin edilib.

APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, Rusiya Baş naziri Dmitri Medvedyev həmyerlimiz olan Azər Talıbovu iqtisadi inkişaf nazirinin müavini təyin edib.

Rusiya baş nazirinin müvafiq sərəncamı bu gün hökumət saytında dərc olunub.

"Talıbov Azər Mütəllim oğlunun Rusiya Federasiyası iqtisadi inkişaf nazirinin müavini təyin edilsin", deyə sənəddə qeyd olunub.

Qeyd edək ki, Azər Talıbov bu vəzifəyə təyin olunana qədər Rusiya Mərkəzi Bankının sədrinin katibliyinin rəhbəri olub. İqtisadi İnkişaf Nazirliyində isə həmyerlimiz bu vəzifədən yenicə getmiş İqor Revanı əvəz edəcək.

Azər Talıbov 1979-cu il 10 fevral tarixində Moskva şəhərində doğulub. 2002-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutda magistr dərəcəsi alıb. 2002-ci ildən 2008-ci ilədək İqtisadi İnkişaf və Ticarət Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. 2008-ci ildən 2012-ci ilədək iqtisadi inkişaf nazirinin köməkçisi işləyib. 2012-ci ilin iyununda Rusiya prezidentinin köməkçisi aparatının rəhbəri vəzifəsinə təyin olunub. O, bu vəzifədə 2013-cü ilin iyul ayına qədər çalışıb. Ondan sonra isə Rusiya Mərkəzi Bankının sədrinin katibliyinin rəhbəri təyin olunub.

Həmyerlimiz Rusiya prezidenti tərəfindən "II dərəcəli Vətən qarşısında xidmətlərinə görə" ordeni ilə təltif olunub.

Tarix
2017.01.30 / 23:59
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

General Heydər Əliyevin DTX-dakı işindən danışdı

Prezident Sus kəndində sakinlərlə görüşdü - Foto

Prezident ekskovatoru belə idarə etdi - Video

DTX-də Heydər Əliyevlə bağlı tədbir keçirildi - Foto

Prezident Şuşa rayonunda bu qəsəbənin təməlini qoydu

Tavuşda demarkasiya müdafiəni çökdürəcək – Xaçatryan

Prezident və xanımı Şuşada... - Foto

Ermənilərə bu əminliyi onlar vermişdi - Prezident

Ombudsman BMT-nin komitə üzvü ilə görüşdü - Foto

Füzuli hava limanından yeni görüntülər - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla