Yuxarı

Milli valyutamızla bağlı mühüm - Proqnoz

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Neftin qiymətlərinin bundan sonra necə dəyişəcəyinə heç bir təminat olmasa da, reallıq bundan ibarətdir ki, artıq 8 aya yaxındır onun qiymətlərində baş verən prosseslər pozitivdir.

Axar.az xəbər verir ki, bu haqda keçmiş maliyyə naziri, iqtisadçı professor Fikrət Yusifov yazıb. Ekspert bildirib ki, bəlli siyasi motivlərlə ABŞ neftin qiymətlərinin artımına qarşı çıxmasa, qiymətlərin bundan sonra da sabit qalması və bir qədər də artması gözləniləndir:

“Hər bir ölkənin milli valyutasının durumu onun iqtisadiyyatının mövcud vəziyyətindən və ixrac imkanlarının səviyyəsindən bilavasitə asılıdır. 2016-cı ilin II yarısından başlayaraq dünya bazarlarında neftin qiymətlərinin müəyyən bir həddə sabitləşməsi baş verdi və bir barrel üçün 50 dollar ətrafında dəyişən qiymətlər ötən ilin dekabrından bu günə qədər artaraq 55 dollar ətrafında dəyişməyə başladı. Buraya OPEK-in net hasilatını azaltmaqla bağlı son qərarının da müəyən təsirini əlavə etmək olar. Qiymətlərin bu şəkildə artıb sabitləşməsi neft hasil edən ölkələrin daha çox valyuta gəlirləri əldə etməsi deməkdir. Neftin qiymətlərinin bundan sonra necə dəyişəcəyinə heç bir təminat olmasa da, reallıq bundan ibarətdir ki, artıq 8 aya yaxındır qiymətlərdə baş verən prosseslər pozitivdir. Bu məsələ ilə bağlı hadisələrin sonrakı inkişafı ABŞ-ın yeni admnistirasiyasının aparacağı iqtisadi siyasətdən çox asılı olacaq. Bəlli siyasi motivlərlə ABŞ neftin qiymətlərinin artımına qarşı çıxmasa, qiymətlərin bundan sonra da sabit qalması və bir qədər də artması gözləniləndir”.

Ekspert qeyd edib ki, beynəlxalq maliyyə institutları cari ildə və ondan sonrakı illər ərzində dünya iqtisadiyyatında pozitiv meyllərin baş verəcəyini proqnozlaşdırırlar:

“Dünya iqtisadi müstəvisində baş verəcək bu meyllər neft hasil edən ölkələrdə də iqtisadiyyatın normal inkişafını şərtləndirəcək. Belə olduğu halda bu ölkələrdə milli valyutaların məzənnəsi möhkəmlənərək müəyyən bir səviyyədə sabit qala biləcək”.

Tarix
2017.02.18 / 09:16
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

Əliyev Ştaynmayerlə görüşdü, xatirə kitabını imzaladı

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla