Yuxarı

Varlı insanların ən böyük yeddi səhvi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yüksək miqdarda pul qazanmaq sizi varlı edə bilər, amma bu var dövlət sizin zənginliyinizi davam etdirmək üçün kafi olmur.

Bizplus.az-a xəbər verir ki, insanlar yüksək maaş almağın zənginlik üçün kafi olduğunu düşünsə də əsl əhəmiyyətli olan şey bu zənginliyin davamlılığını təmin etməkdir və bunu demək olar ki bir çox insan unudur.

Varlı insanları sonradan yoxsulluğa sürükləyəcək 7 səhv:

1. Büdcə xərclərinə nəzarət etməmək

Maliyyə məsləhətçilərinə görə çox pul qazanılsa belə əgər diqqətli olunmazsa hamısı əldən gedə bilir. Buna görə büdcə və xərcləmə planının olması lazımdır.

2. Sosial sığorta etməmək

Yüksək gəlirli insanlar çox zaman sosial sığorta etdirməyi rədd edirlər və bu onlara sonradan böyük zərər vurur.

3. Uzun müddətli maliyyə planı etməmək

Maliyyə məsləhətçilərinə görə çox yüksək gəlirli insanlar pulun hər cür maliyyə problemini həll etdiyini düşünür. Bu düşüncə isə uzun müddətli plan yaratmaqlarına maneə törədir.

4. Maaşın sonsuza qədər yüksək olacağını düşünmək

Çox pul qazanmaq insanlara saxta bir güvən duyğusu verə bilir. Kifayət qədər qazanıldığında yenilməzlik hissi yaranır ki bu vəziyyətdə də maliyyə məsləhətçiləri bu tərz düşüncələrin təhlükəli ola biləcəyini, hər şeyin bir anda dəyişə və pulu qazanmadan xərcləməmək lazım olduğunu söyləyirlər.

5. Vergi strategiyası qurmamaq

Yüksək gəlirli insanlar daha çox vergilər ödəsələr belə qənaətli olmaqla bunu balanslaşdıra bilərlər. Bunun üçün maliyyə məsləhətçiləri ilə əlaqə yaratmaq mütləqdir.

6. Qənaət etməyi unutmaq

Yüksək gəlirli biri hər şeydən əvvəl gələcəkdə alacağı təqaüdü maksimuma çatdırmağı düşünür. Bunun yaxşı bir şey olduğu danılmazdır, lakin təqaüd maaşını ən üst səviyyəyə çıxardıqdan sonra qənaət etməyi öyrənmək lazımdır.

Maliyyə mütəxəssisləri insanların gəlirlərinin artdıqca xərclərinin da artdığını, ancaq qənaətlərində bir dəyişiklik etmədiklərini söyləyir.

7. Lazımsız xərclər etmək

Gəlirləri yüksək olan insanlarda bahalı əşya almaq vərdişi yaranır: Bahalı telefonlar, daş-qaşlar, avtomobillər kimi. Bütün bu xərclər və baxım xərcləri isə sürətlə arta bilir. Maliyyə mütəxəssisləri avtomobilin çətin qazanılan pulu sərf etməyin ən asan yolu olduğunu bildirirlər.

Tarix
2017.02.19 / 13:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla