Yuxarı

Qiymətli kağızlar bazarında yeni şirkət

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının qərarına əsasən Xalq Kapital İnvestisiya Şirkəti QSC-yə investisiya şirkəti fəaliyyətinə lisenziya verilib.

Axar.az xəbər verir ki, MBNP-nin Direktorlar Şurasının iclasında Xalq Kapital İnvestisiya Şirkəti QSC-nin əsas və yardımçı investisiya xidmətlərinin həyata keçirilməsi ilə bağlı müraciətinə baxılaraq, sözügedən lisenziyanın verilməsi üçün müsbət qərar qəbul edilib.

Qeyd edək ki, cəmiyyət əsas investisiya xidmətləri olaraq, qiymətli kağızlar və törəmə maliyyə alətləri ilə aparılan əməliyyatlarla bağlı müştəri sifarişlərinin qəbul və icra edilməsi, fərdi investorların portfelinin idarə edilməsi, mərkəzi depozitarın və fond birjasının üzvü qismində öz hesabına qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə əməliyyatlar aparılması, qiymətli kağızların öhdəlik götürmədən və götürməklə yerləşdirilməsi və anderraytinqi ilə məşğul olacaqdır. Xalq Kapital İnvestisiya Şirkəti QSC həmçinin, müştərisinin qiymətli kağızlar hesablarının idarə edilməsi, o cümlədən qiymətli kağızların və ya törəmə maliyyə alətlərinin öhdəliklərlə yüklənməsi ilə bağlı əməliyyatların həyata keçirilməsi yardımçı investisiya xidmətini yerinə yetirəcəkdir.
Hazırda qiymətli kağızlar bazarında 6 investisiya şirkəti müvafiq lisenziyaya malikdir.

Tarix
2017.06.14 / 22:44
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla