Yuxarı

Qərbdən Rusiyanın ən böyük layihəsinə zərbə

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bolqarıstan Avropa Komissiyasının iradlarından sonra "Cənub layihəsi" qaz kəmərinin tikintisi üzrə işləri dayandırıb.

Bu barədə ölkənin baş naziri Plamen Oreşarski ameriaklı senatorlarla görüş sonrası brifinqdə bəyan edib.

"Brüssellə əlavə məsləhətləşmələrdən sonra işlərin sonrakı gedişinə baxacağıq", - deyə baş nazir bildirib.

Maraqlıdır ki, cəmi iki gün öncə Bolqarıstan Avrokomissiyanın tələbi ilə razı olmadığını bəyan eləmişdi. Ölkənin iqtisadiyyat və energetika naziri Draqomir Stoynev "Cənub axını"nı dövlətlərarası münasibətlərin, Ukrayna ilə Rusiya arasında konfliktin girovuna çevirməyin tərəfdarı olmadığını söyləmişdi.

Xatırladaq ki, Avropa Komissiyası iyunun 2-də layihənin Avropa Birliyi ölkələri, ilk növbədə də Bolqarıstan ərazisində reallaşmasını dayandırmaq niyyətində olduğunu açıqlayıb.

"Cənub axını" layihəsi Rusiya qazının Ukraynadan yan ötməklə Cənubi və Mərkəzi Avropa ölkələrinə çatdırılmasını nəzərdə tutur. Əvvəl bildirilmişdi ki, kommersiya daşınması 2016-cı ilin 1-ci rübündə başlanacaq. Tam gücü ilə isə kəmər 2018-ci ildə işə düşməlidir / Musavat.com /.

Tarix
2014.06.08 / 20:04
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Hindistan Bakının iradlarına cavab verdi

Son müddət ərzində Almaniya-Azərbaycan əlaqələri...

Şolts bu mübarizəsinə görə İlham Əliyevə təşəkkür etdi

4 kənd qaytarıldı, mərkəz bağlandı: Yaxşı fürsətlər var...

Son görüşdə hər ikiniz məni buna əmin etdiniz - Şolts

Əliyev və Şolts medianın suallarını cavablandırır - Canlı

Əliyevlə Şoltsun Berlində geniş tərkibdə görüşü başa çatdı

İranlı mollalar özlərini ifşa etdi, Əliyevi təsdiqlədilər!

Əliyevlə Şoltsun təkbətək görüşü oldu

Ermənistan Azərbaycanın beşdə birini işğal etdikdən sonra...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla