Yuxarı

Dollar ucuzlaşır: manatın məzənnəsi necə olacaq? – Şərh

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Federal Ehtiyatlar Sistemi (FES) uçot dərəcəsini artırıb-artırmaması ilə bağlı qərarı dekabrda keçilərəcək iclasda verəcək. Uçot dərəcəsinin dəyişdirilməsi ilə bağlı qərara FES üzvlərinin yanaşması fərqlidir. FES-in dolların məzənnəsinə olan yanaşması ilə Ağ Evin yanaşması arasında da fərq var. Ağ Ev ucuz dollarda maraqlıdır, FES isə yox.

Bu sözləri ötən gün keçirilən Federal Açıq Bazar Komitəsinin (FOMC) iclasını Axar.az-a şərh edən iqtisadçı alim Vüqar Bayramov deyib. O bildirib ki, FES-in özü də uçot dərəcəsinin dəyişməsi ilə bağlı fikirləri təkzib edib:

“FES-in bəzi üzvləri arasında uçot dərəcəsinin artıb-atmaması ilə bağlı fikir ayrılığı istisna edilmir. Amma yenə də FES-in bəzi üzvləri uçot stavkasının dəyişməsində maraqlı olmadıqlarını indidən nümayiş etdirirlər. Dekabr ayındakı iclasın nəticəsini proqnozlaşdırmaq çətindir. Çünki ortaq bir mövqe yoxdur. Sonuncu toplantı göstərir ki, tərəflər ortaq mövqe nümayiş etdirməkdə çətinlik çəkirlər. Eləcə də dollar artıq digər valyutalara nisbətən son 2 ayda ucuzlaşmaqda davam edir. Bu da sözsüz ki, ABŞ pulunun mövqeyinə təsir göstərməkdədir. ABŞ dolların ucuz olmasında maraqlıdır. Çünki ucuz dollar ABŞ üçün daha çox ixrac imkanları deməkdir. ABŞ bundan faydalanmağa çalışır. Bir sıra ölkələrlə, o cümlədən Çin ilə ticarət balasındakı mənfi saldosunu aradan qaldırmağa çalışır. Ona görə də 2017-ci ilin növbəti ayları üçün proqnoz ondan ibarətdir ki, ABŞ dolların digər valyutalara nisbətən mövcüd aşağı məzənnəsini qoruyub saxlamağa çalışacaq”.

İqtisadçı Vüqar Bayramov monetar ekspansiyaya başlanacağı təqdirdə onun avroya və milli valyutaya təsirindən də danışıb:

“Monetar ekspansiyanın başlanması müzakirə mövzusudur. Bu baş verərsə, dolların aparıcı valyutaya, yəni avroya nisbətən dəyişməsinə gətirib çıxara bilər. Güman olunur ki, dolların manata nisbətən ucuzlaşması hələlik gündəmdə deyil. Mərzəki Bank manatın möhkəmlənməsində yox, mövcüd məzənnəni qoruyub saxlamaqda maraqlıdır”.

Tarix
2017.09.20 / 09:39
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

Əliyev Ştaynmayerlə görüşdü, xatirə kitabını imzaladı

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla