Yuxarı

“Kapital Bank”dan hamıya pulsuz kart

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Kapital Bank” müştəri xidmətinin inkişafı istiqamətində bir sıra işlər həyata keçirir. Bank ödəniş kartları üzrə şərtləri sadələşdirərək, müştərilərə ödənişsiz əsasda təklif edir. Belə ki, müştərilər hesaba minimum 20 AZN ilkin mədaxil etməklə 2 illik Visa kartlarını əldə edə bilərlər. Müştəri kartı aldığı gün hesaba mədaxil etdiyi məbləğdən istifadə edə bilər.

Bankdan Axar.az-a verilən məlumata görə, “Kapital Bank” "Visa International" beynəlxalq ödəniş sisteminin üzvüdür. Ödəniş kartlarını “Kapital Bank”filiallarında və ya Bankın korporativ saytından onlayn sifariş etmək mümkündür. “Kapital Bank” Azərbaycan manatı, ABŞ dolları və avro valyutası əsasında ödəniş kartlarını 1, 2 və ya 3 il müddətinə təklif edir.

Qeyd edək ki, hazırda dövriyyədə “Kapital Bank”ın 3 milyona yaxın ödəniş kartı vardır. Prossesinq mərkəzinin inkişafı, həftənin bütün günləri fasiləsiz işləməsi, sabit fəaliyyət göstərməsi milyonlarla müştəriyə xidmət göstərməsində müsbət amil hesab olunur. “Kapital Bank»ın ölkə üzrə 600-dək bankomatı, 9000-dək POS terminalı vardır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank”, 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Tarix
2018.01.09 / 10:51
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla