Yuxarı

“Əsrin müqaviləsi” imzalananda neft neçəyə idi?

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Neftin qiymətlərinin dünya bazarlarında 15-16 dollar olduğu bir dönəmdə Azərbaycanın dünya iqtisadi bazarına çıxışını təmin edən “Əsrin müqaviləsi”nin imzalanaması inqilabı bir dönüşün başlanğıcı idi.

Bu sözləri Axar.az-a “Əsrin müqaviləsi”nin 24 illiyi ilə bağlı danışan keçmiş maliyyə naziri, professor Fikrət Yusifov deyib. O bildirib ki, Heydər Əliyev 1993-cü ilin sonları və 1994-cü ilin əvvəllərindən etibarən dünyada gedən siyasi və iqtisadi proseslərə peşəkar baxışları ilə Azərbaycanda zamanla səsləşən yeni iqtisadi strategiyanın əsasını qoydu:

“Ölkə daxilindəki siyasi çəkişmələrin məharətlə nizamlanması, iqtisadiyyatın hiperinflyasiya səviyyəsinin ram edilməsi və onun sonrakı inkişafını təmin edə biləcək qətiyyətli qərarların qəbulu Heydər Əliyev dühasının uğurları idi. Neftin qiymətlərinin dünya bazarlarında 15-16 dollar olduğu bir dönəmdə Azərbaycanın dünya iqtisadi bazarına çıxışını təmin edən “Əsrin müqaviləsi”nin imzalanması isə inqilabı bir dönüşün başlanğıcı idi. Bu müqavilə Azərbaycan iqtisadiyyatının sonrakı illər ərzindəki bənzərsiz uğurlarının təməl daşı oldu”.

Sabiq nazir vurğulayıb ki, məhz “Əsrin müqaviləsi”nin imzalanmasından sonra Azərbaycan iqtisadiyyatına xarici investisiyaların axınına yol açıldı:

“Bu müqavilə ciddi iqtisadi tənəzzül yaşayan bir ölkənin iqtisadiyyatına xarici yatrımların cəlb edilməsinin ən uğurlu bir vasitəsinə çevrildi. 1993-cü ildə Azərbaycan iqtisadiyyatına heç bir xarici investisiya qoyulmasa da, artıq 1994-2000-ci illər ərzində bu yatırımların ümumi həcmi 5,5 milyard dollara bərabər idi. Ən maraqlısı isə o idi ki, yatırımların 2,2 milyard dolları neftdənkənar sahələrə yönəldilmişdi. Heydər Əliyevin bilavasitə rəhbərliyi altında aparılan islahatlar 1994-cü ildə artıq iqtisadi tənəzzülün qarşısını almağa, sabitliyin əldə edilməsinə gətirib çıxardı. Ölkə iqtisadiyyatına böyük həcmlərdə investisiya axını hesabına Azərbaycanda sənaye, tikinti, nəqliyyat-kommunikasiya və digər xidmət sahələri dirçəlməyə başladı. 1996-cı ildən etibarən isə ümumi daxili məhsul istehsalı hər il sürətlə artmağa başladı”.

Tarix
2018.09.21 / 10:44
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

Berlində Əliyevə qarşı erməni aksiyası: Muxtarlı da ordadır

Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı olacaq

İlham Əliyev Almaniyada: Fotolar nələr “danışır”...

Hindistan Bakının iradlarına cavab verdi

Son vaxtlar Almaniyaya səfərlərim... - Prezident

Şolts bu mübarizəsinə görə İlham Əliyevə təşəkkür etdi

4 kənd qaytarıldı, mərkəz bağlandı: Yaxşı fürsətlər var...

Son görüşdə hər ikiniz məni buna əmin etdiniz - Şolts

Əliyev və Şolts medianın suallarını cavablandırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla