Yuxarı

Neft qalxır, Tramp tvitdən başqa heç nə etmir - Ekspert

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

OPEK və bu təşkilata üzv olmayan ölkələrin son birgə toplantısında hasilatın artırılması ilə bağlı qərarın qəbul edilməməsinə qlobal neft bazarı qısa zamanda reaksiya verdi. “Brent” markalı neftin bir barrelinin dünya bazar qiyməti 2015-ci ildən sonra ilk dəfə olaraq 80 dollarlıq psixoloji həddi keçdi.

Axar.az xəbər verir ki, bu haqda iqtisadçı alim Vüqar Bayramov yazıb. Ekspert bildirib ki, bu, Azərbaycan neftinin hər barrelinin 80 dollardan daha baha satılması deməkdir:

“Bir tərəfdən OPEK+ razılıq əldə edə bilmədi, digər tərəfdən isə ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalar qobal təklifin gündəlik 1.1 milyon barrel azalmasına səbəb olur. Bu isə tələb və təklif arasında fərqin genişlənməsinə və nəticədə neftin dünya bazar qiymətində artımlara gətirib çıxarmaqdadır. OPEK-in son toplantasından sonra dünyanın ən böyük banklarından olan “JP Morgan” “Brent” markalı neftin hər barrelinin qiymətinin yaxın zamanlarda 90 dollara çatacağını proqnozlaşdırıb. Digər tərəfdən isə dünya üzrə ümumi iqtisadi tempin bir müddət öncə azaldılmasına rəğmən neftə tələbin artması müşahidə edilməkdədir. Xüsusən Çin və Hindistanda neftə tələbin artması qeydə alınır. Növbəti 20 ildə isə neftə olan tələbin gündəlik 14.5 milyon barrel artacağı proqnozlaşdırılır ki, bu da 2040-ci ildə gündəlik 111.7 milyon barrel istehlak deməkdir”.

İqtisadçının sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın tvitləri də artıq neft bazarına təsir göstərmir:

“Əslində, bu tvitlərdə məqsəd qiymət azalmalarına nail olmaqdan daha çox, Birləşmiş Ştatlar Administrasiyasının yüksək qiymətlərdən heç də məmnun olmadığını nümayiş etdirməkdir. ABŞ neftin qiymətinin stabilləşdirilməsi üçün tvitlərdən başqa real heç bir addım atmaqda maraqlı görünmür. Sanksiyalara məruz qalan İran isə OPEK toplantısından öncə yeni razılaşmaya imkan verilməyəcəyini bəyan etdi və buna da nail ola bildi. 300 milyard barreldən çox neft ehtiyatları ilə dünyada ən zəngin neft rezervinə malik olan Venesuelada isə iqtisadi böhran neft sektorunu da bürüməkdədir. ABŞ-ın mesajlarına dəstək olan Səudiyyə Ərəbistanı bu ilin dekabrında keçiriləcək OPEK-in növbəti toplantısında hasilatın artırılması ilə bağlı qərar qəbul etməyə çalışır”.

Ekspert qeyd edib ki, Azərbaycanın gündəlik neft ixracatının 641 min barrel olduğunu nəzərə aldıqda, qiymətin 10 dollar atması konsorsium da daxil olmaqla ölkə üçün 6 milyon 410 min dollar gündəlik gəlir deməkdir:

“Bu vəsaitdən xərc çıxılandan sonra qalan mənfəətin 75 faizi ölkəmizə çatır. Neft qiymətinin artımı Azərbaycan üçün əlavə valyuta daxilolmaları deməkdir. Bununla belə, bu ilin noyabr ayı neft bazarı üçün əhəmiyyətli olacaq. Həmin ay ABŞ-da aralıq seçkilər keçirilir və bu seçim nəticəsi hətta Ağ Evdə belə dəyişikliklərə səbəb ola bilər. Digər tərəfdən isə ABŞ noyabradək İrandan neft idxalını dayandırmayanlara sanksiya tətbiq etməyi planlaşdırır. Göründüyü kimi dünya neft bazarında qlobal oyun qaydalarına yenidən dəyişikliklər edilir”.

Tarix
2018.09.25 / 09:52
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

Berlində Əliyevə qarşı erməni aksiyası: Muxtarlı da ordadır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla