Yuxarı

DİF-in hesabatında Bakının reytinqi... – Şərh

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya İqtisadi Forumu dünyanın ən aparıcı iqtisadi qurumlarından hesab olunur.

Bu sözləri Axar.az-a Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatını dəyərləndirən iqtisadçı alim Vüqar Bayramov deyib. Ekspert bildirib ki, DİF dünyanın aparıcı dövlət və hökumət liderlərini bir araya yığmaq imkanına malik olan yeganə forumdur:

“Bu forumun hazırladığı hesabat praktik olaraq dünyada qlobal siyasətə təsir edir. Xüsusən də illik görüşlərdə qlobal müzakirələrin aparılması da məhz bundan xəbər verir. Son hesabatda yeni metodologiyadan istifadə olunub. Metodologiya hazırlanan zaman həm ümumi istiqamət, həm də sab indikatorlar üzrə qiymətləndirilmə aparılıb. Hesabatın təhlili göstərir ki, Azərbaycan bir neçə istiqamət üzrə aparıcı mövqeyini qoruyub saxlayıb. Azərbaycan biznesin qeydiyyatdan keçmə indeksinə görə dünyada 17-cidir, ilk iyirmiliyə daxildir. Müflisləşmə normativ hüquqi bazasına görə Azərbaycan yenə ilk 17-ci, sahibkarlıq riskləri alt-indikatoru üzrə isə hesabatda 21-ci, ideyaların şirkətə təsiri üzrə isə ilk 25-ci yerdə qərarlaşıb. Azərbaycan dünyanın 140 ölkəsi arasında biznesin dinamikliyi reytinqi üzrə hesabatda 31-ci yerdə qərarlaşıb ki, bu da müsbət məqam kimi qiymətləndirilə bilər”.

İqtisadçının sözlərinə görə, Azərbaycan iqtisadi sab indikatorlarla yanaşı, sosial, səhiyyə istiqamətləri üzrə də aparıcı ölkələr sırasındadır:

“İndeks ölkənin mövqeyini göstərən əsas faktorlardan biridir. Azərbaycan bəzi indikatorlara görə hətta ilk 15-yə daxil olmaq imkanı qazanıb. Belə ki, ölkəmiz xüsusən də səhmdar idarəetməsi, nəqliyyat xidmətinin səmərəliliyi ineksinə görə ilk 15-yə daxil ola bilib. Azərbaycan elektrik enerjisinin təchizatına görə isə dünyada birincidir. Ölkəmiz sab indikatorlar üzrə səmərəlilik indikatorunda ilk 15-yə daxil olmaq imkanı qazanmaqla öz mövqeyində dəyişikliklərə nail ola bilib”.

Ekspert qeyd edib ki, hesabat hazırlanan zaman yeni metodologiyadan istifadə olunduğundan Azərbaycanın maliyyə stabilliyi, adambaşına milli yığım, eləcə də digər bir sıra indikatorlar üzrə üstün mövqeyi nəzərə alınmayıb:

“Bu da nəticə etibarilə ölkələrin yerinə təsir göstərir. Buna baxmayaraq, bütün hallarda Azərbaycanın sözügedən hesabatda mövqeyini müsbət qiymətləndirmək olar. Növbəti illərdə islahatların daha da dərinləşməsi Azərbaycanın hesabatdakı mövqeyinin daha da yaxşılaşmasına gətirib çıxaracaq”.

Qeyd edək ki, Dünya İqtisadi Forumunun yeni metodologiya əsasında ictimaiyyətə təqdim edilən Qlobal Rəqabətlilik Hesabatında Azərbaycan Türkiyə, Serbiya, Gürcüstan, Cənubi Afrika Respublikası və Xorvatiya ilə birlikdə 7-ci onluğa daxil olmaqla 69-cu yerdə qərarlaşıb.

Tarix
2018.10.17 / 14:43
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Son müddət ərzində Almaniya-Azərbaycan əlaqələri... - Prezident

Şolts bu mübarizəsinə görə İlham Əliyevə təşəkkür etdi

4 kənd qaytarıldı, mərkəz bağlandı: Yaxşı fürsətlər var...

Son görüşdə hər ikiniz məni buna əmin etdiniz - Şolts

Əliyev və Şolts medianın suallarını cavablandırır - Canlı

Əliyevlə Şoltsun Berlində geniş tərkibdə görüşü başa çatdı

İranlı mollalar özlərini ifşa etdi, Əliyevi təsdiqlədilər!

Əliyevlə Şoltsun təkbətək görüşü oldu

Ermənistan Azərbaycanın beşdə birini işğal etdikdən sonra...

Ağdamda heç nə etməyən mərkəz bağlandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla