Yuxarı

Azərbaycan istehsalçı və tranzit ölkə kimi tanınır - Xələfov

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan yeritdiyi enerji siyasəti sayəsində etibarlı tərəfdaş, istehsalçı və tranzit ölkəsi kimi ad çıxarıb.

Report xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov “Moskva-Baku” portalına müsahibəsi zamanı Transxəzər boru kəməri vasitəsilə Türkmənistan təbii qazının mümkün nəqli zamanı Azərbaycanın tranzit rolu barədə sualı cavablandırarkən bildirib.

“Azərbaycanla Türkmənistan böyük təbii sərvətlərə malik ölkələrdir. Enerji sərvətlərinin beynəlxalq bazarlara təhlükəsiz və etibarlı çıxarılması, tranzit yollarının şaxələndirilməsi Azərbaycanın enerji siyasətinin öncül istiqamətləri arasındadır”, - o qeyd edib.

Diplomat enerji ehtiyatlarının tranzitində geniş imkanlara malik Azərbaycanın başqa ölkələrə də bundan yararlanmaq imkanları yaratmağa hazır olduğunu vurğulayıb: “Türkmənistan tərəfi konkret təklif irəli sürsə, biz də bu sahədə zəngin təcrübəyə malik ölkə olaraq bu cür layihəni nəzərdə keçirməyə hazırıq”.

Nazir müavini deyib ki, Xəzər dənizinə dair yüksək səviyyəli işçi qrupunun birinci iclasının gələn ilin əvvəllərində keçirilməsi nəzərdə tutulur: "Bakıda keçiriləcək görüşdə müvafiq sazişin hazırlanması məsələsinin müzakirəsi gözlənilir. Həmçinin V Xəzər Sammiti çərçivəsində əldə edilən razılaşmaları həyata keçirməklə bağlı məsələlərin də müzakirəsi planlaşdırılır”.

Tarix
2018.12.04 / 21:19
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla