Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
11 Dekabr 2018


Eks-nazirdən manat açıqlaması: Şərifovun bu çıxışı... - Video

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

11:06

Maliyyə naziri Samir Şərifovun manatın məzənnəsi ilə bağlı açıqlamasını dərhal Azərbaycanda devalvasiya olacağı ilə bağlı çağırışa çevirmək lazım deyil.

Bu sözləri Axar.az-a açıqlamasında keçmiş maliyyə naziri, professor Fikrət Yusifov deyib.

O bildirib ki, nazir sadəcə manatın məzənnəsinin ixracı stimullaşdırmaq nöqteyi-nəzərdən bir qədər yumşalmasının məqsdəuyğunluğundan danışıb:

“Qonşu ölkələrdə xüsusilə Rusiya, Türkiyə, Qazaxıstan, İranda milli valyuta ucuzlaşanda biz özümüz də təklif etmişdik ki, Azərbaycanda qeyri-neft sektorunda olan ixracı stimullaşdırmaq, qeyri-neft sektorunda çalışan müəssisələrin fəaliyyətini normal təmin etmək üçün manatın müəyyən qədər yumşalmasına getmək lazımdır. Ona görə Samir Şərifovun bu açıqlaması yeni fikir deyil. Yəni bu fikir manatın kəskin devalvasiyasına yönəlik deyil. Hesab edirəm ki, vəziyyət ölçülüb-biçilməli, ondan sonra qərar qəbul edilməlidir”.

F.Yusifov vurğulayıb ki, neftin bundan sonra dünya bazarında qiymətinin necə olacağı da xüsusilə diqqət mərkəzində saxlanılmalıdır:

“Bu gün OPEK-in dünəndən başlanan toplantısında yekun qərar qəbul ediləcək. Toplantıda neftin hasilatının gündəlik 1,3-1,5 milyon barrel azaldılması təklif edildi. Bununla da neftin qiymətlərinin 65-70 dollar civarında saxlamaq mümkün olacaq. Amma Rusiya hələ bu qərara müqavimət göstərir. Günün sonunda hansı qərarın qəbul ediləcəyi məlum deyil. Ona görə vəziyyətin neftin qiymətlərindən asılı olacağını da nəzərdə saxlamaq lazımdır”.

Tarix
2018.12.07 / 16:26
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Загрузка...
Digər xəbərlər

Deyir, tarlada 50 qəpiyə satıram, dükanda 5 manatdır - Gözəl

OPEK-in qərarı özünü “göstərdi”: neft şok etdi

Hasilat azaldıldı, neftin qiyməti qalxacaq - Nazir

Dünyanın iqtisadi güclərindən biri 2,5% kiçildi

BirBank tətbiqi “Ən innovativ mobil bank” seçildi

Bu əsginazlar dövriyyədən çıxır: kimdə varsa, dəyişsin

Dollar kreditləri ilə bağlı yenilik

Bakı nefti kəskin bahalaşdı - Yeni qiymət

Nazir yenə manatdan danışdı: Sözümün üstündəyəm - Video

OPEK-dən yekun qərar: İstehsal azaldıldı - Bakıdan dəstək

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla