Yuxarı

Avropanın Bakını dəstəkləməsi yaxşı şansdır

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici investisiyanın qısa müddətdə axını üçün Azərbaycanın kifayət qədər geniş imkanları var.

Bu sözləri AB-nin Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə dəstək təklifinin perspektivlərdən danışan iqtisadçı ekspert Rəşad Həsənov Axar.az-a deyib. Ekspert bildirib ki, ilk növbədə ölkəni tanıyan yerli sahibkarları bu investisiyaların yatırılmasına inandırmaq vacibdir:

"Sonrakı mərhələ isə paralel olaraq xarici investorlara yönəldilə və ölkəyə investisiya axını təmin edilə bilər. Təəssüf ki, indiyə qədər Azərbaycana investisiya yatırmaq istəyənlərin əsas qismi enerji sektoruna yönəliblər. Bunun da səbəbi neft sektorunda qaydaların fərqli və zəmanətin yüksək səviyyədə olmasıdır. Bu şərait iqtisadiyyatın digər sahələrində də yaradılmalıdır. AB-nin təklifi əslində müsbət qiymətləndirilməlidir. AB-nin Azərbaycan iqtisadiyyatının şaxələndirməsi yönündə başlayan prosesi dəstəkləməsi xarici investisiya axınını sürətləndirə bilər".

İqtisadçı xarici investisiyaların cəlb edilməsi baxımından əsas prioritet istiqamətlərdən də danışıb:

"Strateji mövqeyinə görə Azərbaycanın ixrac imkanları olduqca genişdir. Məsələn, Avropadan Asiyaya, xüsusən də Orta Asiya ölkələrinə ixrac olunan məhsulların Azərbaycanda istehsalını təmin etmək olar. Bu, özlüyündə istehsal xərclərinin aşağı düşməsinə və Avropa ilə müqayisədə ucuz işçi qüvvəsinin istifadəsi nəticəsində mənfəətin yüksəlməsinə gətirib çıxaracaq.

İkincisi, dərman sahəsində Azərbaycanda istehsal mühiti formalaşmayıb. Halbuki Polşa bu istiqamətdə çox ciddi nailiyyətlər əldə edir. Əgər mühit yaradılarsa, polşalılar Azərbaycanda dərman sektoruna ciddi investisiya yönəldə bilərlər.

Üçüncüsü, aqrar sektorda da fəaliyyət yerli məhsulların ixrac imkanını və rəqabətliliyini xarici bazarlarda daha da artıra bilər.

Eyni zamanda, kimya, yüngül, yeyinti kimi istifadə edilməyən sənaye sahələri var ki, burada imkanlar genişdir".

Qeyd edək ki, AB Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi prosesini dəstəkləməyə hazır olduğunu bildirib.

Tarix
2016.01.29 / 09:09
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla