Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
15 Dekabr 2017


M.Cavadoğlu: "Səməd Vurğun müsavatçıları təhqir edib"

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səməd Vurğunun müsavatçılara və Məmməd Əmin Rəsulzadəyə münasibəti və əsərlərində Azərbaycan Xalq Cümhuriyyəti hakimiyyəti barədə yazdıqları yenidən gündəmə gəlib. Qeyd edək ki, bir müddət əvvəl ADP sədri Sərdar Cəlaloğlu Səməd Vurğun yaradıcılığı haqqında bu sözləri dilə gətirmişdi.

Bəs görəsən, şairi Xalq Cümhuriyyəti və cümhuriyyətin qurucusu Məhəmməd Əmin Rəsulzadə haqqında tənqidi fikirlər yazmağa vadar edən nə idi - şairin Rəsulzadə daxili nifrəti, yoxsa dövrün tələbi? "Yeni Müsavat" qəzeti bu barədə Müsavat başqanının müavini Mehman Cavadoğlunun və şairin qardaşı nəvəsi, hüquqşünas Səməd Vəkilovun fikirlərini öyrənib.

Həqiqətlər üzə çıxmalıdır

Müsavat başqanının müavini Mehman Cavadoğlu bildirib ki, Səməd Vurğunun Rəsulzadə və cümhuriyyətçilər haqda söylədiyi fikirlər, yazdığı əsərlər siyasi sifarişin məhsulu olub: "Həqiqətən də tarixdə belə bir fakt mövcuddur ki, Səməd Vurğun öz şeirlərində, poemalarında Rəsulzadə və müsavatçılar haqqında təhqiramiz fikirlər səsləndirib. Ancaq bütün bunlara baxmayaraq, Rəsulzadə onun fikirlərinə loyal yanaşaraq Vurğunu Azərbaycan dilinin inkişafında xidmətləri olan böyük şair kimi qiymətləndirib. Onun dəyərini verib".

M.Cavadoğlu həqiqətlərin üzə çıxmalı olduğunu da söyləyib: "Bu məsələlər bilinməli, yaddaşlarda qalmalı və nəticə çıxarılmalıdır ki, gələcəkdə bu kimi hallara, tarixi şəxsiyyətlər haqda bu kimi təhqiramiz fikirlərə yol verilməsin. Ancaq inanmıram ki, nə Səməd Vurğun, nə də bir başqası öz arzusu, istəyi ilə belə şeirlər yazıblar. Çox təəssüf ki, bu gün də belə siyasi sifarişləri yerinə yetirən sənətkarlar, ziyalılar mövcuddur".

Babam ədəbi priyom işlədib

Səməd Vəkilov S.Vurğunun Rəsulzadə haqda yazdıqlarını ədəbi priyom adlandırdı: "S.Vurğunun M.Ə.Rəsulzadə haqda yazdıqlarına M.Ə. Rəsulzadənin özü çox gözəl şəkildə münasibət bildirib.

Sadəcə, bəzi insanlar var ki, Roma papasından daha çox katolik olmağa çalışırlar. Rəsulzadə haqda tək S.Vurğun deyil, hətta öz silahdaşları arasında da tənqidi fikirlər söyləyən olub. Vəkilovlar nəslinin böyük əksəriyyəti M.Ə.Rəsulzadənin qurduğu hökumətdə ən yüksək vəzifə daşıyırdılar. Onlar Cümhuriyyətin qurucuları olublar. Bu nəslin nümayəndəsi Rəhim bəy Vəkilov "Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi" əsərinin müəllifi olmaqla yanaşı, həm də İstiqlal Bəyannaməsinin müəllifi idi. Vəkilovlar nəslinin nümayəndəsi olan və 23 yaşında Cümhuriyyətdə daxili işlər naziri postunu tutmuş Mustafa bəy Vəkilovu da buna misal göstərmək olar. Bütün bunlar isə Vəkilovlar nəslinin müsavatçı, milli hökumətə bağlı olmasından xəbər verir. Ona görə də M.Ə.Rəsulzadə deyirdi ki, Səməd Vurğun canı ilə, qanı ilə milli hökumətə, Müsavata bağlı olan bir insandır. Sadəcə, dövrün tələbi Səməd Vurğunu belə bir addım atmağa vadar etmişdi. Ancaq Rəsulzadə o ailəni, o nəsli çox gözəl tanıyırdı. Rəsulzadə deyirdi ki, qapalı sovet cəmiyyətində yaşayan bir şair əlbəttə ki, məni tərifləyə bilməz. Səməd Vurğun nəslindən repressiyalara məruz qalanların sayı da kifayət qədərdir. Ancaq onu tənqid edən dılğırların nəslindən bir dənə də olsun repressiyaya qurbanı yoxdur".

Səməd Vurğunun Hüseyn Cavid, Cəfər Cabbarlı və bu kimi ədiblər haqda səsləndirdiyi fikirlərə gəlincə, Səməd Vəkilov qeyd etdi ki, Səməd Vurğuna qarşı da eyni addımlar atılıb: "Biz Səməd Vurğun əleyhinə yazılan donosları, tənqidləri çap etdirsək, çoxcildlik əsər alınar. Səməd Vurğun Azərbaycan türkdilli poeziyasının şah əsəridir. Bütün bu ittihamlar haqda mən yazı hazırlayıram, yaxın gönlərdə də onu mətbuata təqdim edəcəyəm".

Tarix
2013.11.08 / 09:10
Müəllif
Axar.az
Şərhlər
loading...
Digər xəbərlər

Ermənilər azərbaycanlı lideri Yevlaxda necə öldürdü?

ABŞ-da dünyanın ən etibarlı evi tikildi - Foto

Bakı Qafqazın ən gözəl şəhəridir - Skaylayf

İngiltərə kraliçasının pulları Türkiyədə tapıldı – Foto

“Qarabağ”dan Qarabağa: izi itmiş yollara... – Foto

Faciədən başlayan doğmalıq – O illərə dönüş...

Bu tarixdə Dillər Universitetini tələbə idarə edəcək

Ermənistanın yaranmasını yarım əsr gecikdirən sultan - Video

PKK terrorçuları alman jurnalında - Foto

Otaq temperaturunu qoruyan pərdələr - Foto

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla